Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Şeyxin oğlu ölkədən getdi-İstanbula

 

Şeyxin oğlu ölkədən getdi

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Hacı Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadə ailəsi ilə birlidə ölkəni birdəfəlik tərk edib.

Yenixeber.org Ölkə.az-a istinadən xəbər verir ki, ötən gün Məhəmməd Paşazadə həyat yoldaşı və 3 övladı ilə bərabər Türkiyəyə köçüb.

Məlumata görə, Şeyxin yeganə oğlu İstanbul şəhərində ev alıb. Onun Azərbaycanı tərk etməsinə səbəb olaraq, son vaxtlar atasına qarşı mətbuatda yayılan informasiyalar göstərib.

Hacı Qalib Salahzadə musavat.com-a açıqlamasında Şeyxin oğlu ilə bağlı mətbuatın yaydığı xəbəri təsdiqləyib:

“Nə problemləri var, səbəb nədir, bu barədə heç nə deyə bilmərəm. Amma tək onu deyə bilərəm ki, mən sonuncu dəfə Şeyxlə görüşəndə onu həddən artıq pərişan gördüm. Pərişanlığı da oğlunun ölkəni tərk etmək qərarı ilə bağlı idi”.

Q.Salahzadə Məhəmməd Paşazadənin gedişinin müvəqqəti olmadığını deyib:

“Müvəqqəti olsaydı, deyərdim ki, müvəqqətidir. O vaxt müvəqqəti olardı ki, uşaqlar burda qalardı, oxuyardı. Onlar daimi köçüb getdi. Çıxıb gələcək, gəlməyəcək, mən deyə bilmərəm”.

 

Qeyd edək ki, bir gün öncə Şeyxin Karlovı Varıda bir xanımla şərikli biznesinin olması ilə bağlı xəbərlər yayılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam