Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Penitensiar Xidmətin mühafizə alayına qarşı korrupsiya ittihamı-MƏNİMSƏMƏ

Penitensiar Xidmətin mühafizə alayına qarşı korrupsiya ittihamı
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mühafizə alayının komandanlığının alayda davamlı olaraq rüşvət və korrupsiya hallarına yol verməsi barədə iddialar ortaya çıxıb.

 

Yenixeber.org: Daxil olan məlumata görə, hələ bir neçə ay əvvəl alayın Şəkidəki bölüyünün 50-yə yaxın hərbi qulluqçusu rəhbərliyə onların ezamiyyət xərclərinin mənimsənilməsi ilə bağlı şikayət göndərsələr də, bu şikayət araşdırılmaq əvəzinə, həmin hərbi qulluqçular təhdidlərə məruz qalıb.
Əldə etdiyimiz bilgilərdə deyilir ki, yuxarı komandanlıqdan gələn nümayəndələr hərbçiləri hədələyiblər ki, onlar şikayətlərini geri götürsünlər. Odur ki, işdən çıxarılacaqları ilə hədələnən hərbi qulluqçular məcburiyyət qarşısında qalıb şikayətlərini geri çəkiblər.
Lakin Gununsesi.info-ya daxil olan məlumatda bildirilir ki, bu yaxınlarda yenə alaydakı hərbi qulluqçuların ezamiyyət xərclərinin mənimsənilməsi barədə yeni şikayətlər var. Belə ki, adlarını açıqlamayan hərbçilər bildirirlər ki, Şəki, Salyan və digər bir sıra alaydakı əməkdaşlar Bakıdakı əsgər çatışmazlığı ilə əlaqədar paytaxtın müxtəlif yerlərindəki cəzaçəkmə müəssisələrinin mühafizəsinin təmin olunmasına göndərilib. Bu göndəriməyə görə onların hər birinin adına gün ərzində təxminən, 40 manata yaxın vəsait ayrılsa da həmin məbləğ hərbçilərə verilməyib.
Qeyd olunur ki, rayonlardan Bakıya ezamiyyət üçün gələn hərbçilər öz şəxsi hesablarına paytaxtda kirayə ev tutublar və gündəlik həmin cəzaçəkmə müəssisəsinə gedib gəlmək onlara kifayət qədər baha başa gəlir. Hərbçilər bildirir ki, bu cür hallar Azərbaycan dövlətinin korrupsiyaya qarşı apardığı mübarizəyə kölgə salır və komandanlığa edilən şikayətlər növbəti dəfə nəticəsiz qalacağından onlar bu problemi media vasitəsiylə ölkə rəhbərliyinin diqqətinə çatdırmaq istəyirlər. Hərbçilər qeyd edirlər ki, əgər obyektiv araşdırma aparılarsa, o zaman Penitensiar Xidmətin mühafizə alayının rəhbərliyinin çox ciddi korrupsiya faktları ortaya çıxacaq.
Şikayətçilər alayın komandiri polkovnik İlqar Müseyibov və onun müavini polkovnik-leytenant Azad Maşanovun bi işlərin başında durduğunu bəyan edirlər.
Qeyd edək ki, sözügedən mövzu ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mühafizə alayının münasibətini öyrənmək üçün cəhdlərimiz baş tutmadı.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. (Gününsesi.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam