Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

ABŞ-da baş verən 11 sentyabr terror aktlarından 16 il ötür

 

Həmin terror aktları zamanı 2977 nəfər həyatını itirib

Yenixeber.org:2001-ci ildə ABŞ-da törədilmiş 11 sentyabr terror aktlarından 16 il ötür. Bazar ertəsi kişi, qadın və uşaqlar da daxil olmaqla 2977 nəfərin ölümü ilə nəticələnən faciə qurbanlarının xatirəsi anılacaq.

"Report" xəbər verir ki, matəm mərasimi Manhettendə terror aktları qurbanlarının xatirəsinə ucaldılmış memorialın qarşısında başlayacaq.

Bakı vaxtı ilə 16:46-da birinci bir dəqiqəlik ümumşəhər sükutu elan olunacaq. Ardınca memorial ərazisində həzin musiqi sədaları altında bütün həlak olanların adları sadalanacaq. Sükut cəmi altı dəfə olacaq, onlar hər il elan edilir.

2001-ci ilin 11 sentyabrında "Əl-Qaidə" terror qruplaşmasından olan 19 terrorçu 4 sərnişin təyyarəsini ələ keçirib. Onlardan ikisi Ümumdünya Ticarət Mərkəzinin qoşa binalarına, daha biri Pentaqonun binasına yönləndirilib. Digər dördüncüsü isə Vaşinqton istiqamətində yönləndirilsə də Pensilvaniya ştatının Şenksvill şəhəri yaxınlığında qəzaya uğrayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam