Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Lerikdə oğurlanmış eksponatlarla bağlı cinayət işi:...hadisəni törədənin kimliyi haqda məlumat verilmir

 

image here

Yenixeber.org: Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası tərəfindən Lerikdə aparılan qazıntılar zamanı aşkar olunmuş nadir tapıntılar oğurlanıb. Belə bir oğurluqla bağlı xəbərlər ildırım sürəti ilə yayıldı. Bundan sonra APA-nın cənub bürosu da xəbəri təsdiqlədi. Və məlum oldu ki, nadir tapıntılar rayonun Gürdəsər kəndinin Piboz təpə adlanan ərazisində aparılmış qazıntılar zamanı aşkar edilmişdi.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində tədbirlər görülür, yerli sakinlərin evlərində axtarış aparılır. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova APA-ya faktı təsdiqləyib. O bildirib ki, məsələ ilə əlaqədar aidiyyəti qurumlara müraciət olunub. 
Onu da deyək ki, bir müddət əvvəl Lerik rayonunda Arxeologiya və Etnoqrafiya İnstitutunun apardığı arxeoloji qazıntılar zamanı eramızdan əvvəl V əsrə aid edilən məzarlıq aşkarlanıb. Piboz təpə adlanan ərazidə tapılan məzarlığın 2500 il bundan əvvələ aid olduğu müəyyən edilib. Ekspedisiyanın rəhbəri Ceyhun Eminli mətbuata bildirib ki, ərazidə 120-dən çox qəbir tapılıb. Qəbirlərdə qılınclar, nizələr, bıçaqlar, xəncərlər, gümüş və tuncdan hazırlanmış bəzək əşyaları və maraqlı bədii tərtibatı olan saxsı qablar da aşkar edilib.
                                                         ***
“Təzadlar”a bir maraqlı məlumat da daxil olmuşdu. Lerik RİH-dəki mənbəmizin verdiyi məlumata görə, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Lerik ekspedisiyası xeyli vaxtdır ki, bölgədə qazıntı işləri ilə məşğul imiş... Və antiq dövrə aid olduqca maraqlı maddi sübutlar-qazıntı nümunələri, nəhayət ki, tapılıb. Lakin məlum olur ki, ekspedisiya əməkdaşları gecə sahəni nəzarətsiz qoyaraq harasa qeyb olublar. Yiyəsiz qalmış qazıntı meydançasına daxil olan naməlum şəxs və ya şəxslər atropatena dövrünə aid qiymətli tapıntıları dağıdaraq bəzilərini özləri ilə aparmışdır. Hazırda Lerik RİH rəhbərliyi, rayon RPŞ-nin rəhbərliyi bu oğurluq və dağıntı cinayətinin kimlər tərəfindən və nə məqsədlə edildiyinə aydınlıq gətirməyə çalışır. Axı İranla sərhəd ərazidə qədim tariximizin əvəzssiz tapıntının oğurlanması elə-belə məsələ deyil. Bəs AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə rəhimova hara baxır və bu necə nəzarətsizlikdir???

Ekspedisiyanın rəhbəri Ceyhun Eminlinin 19 nəfərlik fəhlə dəstəsi hara baxıb?


Maraqlı detal isə budur ki, sən demə, ekspedisiyanın rəhbəri tarix elmləri namizədi Ceyhun Eminlidir. Əldə etdiyimiz məlumat isə bizi şoka saldı. Məlum olur ki, ekspedisiyanın kağız üzərində 19 fəhlə-işçisi var, yəni qazıntını həyata keçirən fəhlələr... Belə olan halda, orada ən azı 8-9 elmi işçi olmalı idi. Ən maraqlısı budur ki, bir ekspedisiyanın elmi işçisinin aylıq ezamiyyə xərci 500 manatdan az deyil. Aylarladır bu dəstənin fəaliyyətinə görün nə qədər pul silinib. Nəticədə isə tapılan qazıntı nümunələri isə oğurlanır... Lakin bizə məlumat verildi ki, əslində isə orada heç 3-4 nəfər elmi işçi olmalıyıb. Sadəcə, pullar yazılır və...
                                                            ***
Bir maraqlı fakt da diqqəti çəkir: bəs institun direktoru Maisə xanım Rəhimova niyə belə bir məsuliyyətli işə adi bir elmlər namizədini rəhbər təyin edərək göndərib? Məlum olur ki, sən demə, Ceyhun Eminli direktor M.Rəhimovanın və institutun kadrlar şöbəsi müdirinin ən yaxın və etibarlı adamıdır... Belə olanda isə Azərbaycanın eramızdan əvvəl 2-ci əsrə aid tarixinin qazıntılarla üzə çıxarılmasını peşəkarlara etibar etməmək də olar. Çünki...
                                                               *** 
Xatırladaq ki, Lerikdə oğurlanan 8 ədəd nadir əşyalar ötən həftə tapılıb. Bu barədə APA-ya AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova məlumat verib. Onun sözlərinə görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində nadir tapıntılar Gürdəsər kəndi ərazisində aşkarlanıb. M.Rəhimova bildirib ki, materiallara hər hansı bir ziyan dəyməyib. Direktor qeyd edib ki, istintaq sirri olduğu üçün hadisəni törədənin kimliyi haqda məlumat verilmir. Nadir tapıntıların oğurlanması faktı ilə bağlı cinayət işi başlanıb. Lerik rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 183.1-ci (xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaları talama) maddəsi ilə cinayət işi açılıb. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Bəs qaldırılmış cinayət işi nə yerdədir? Ekspedisiyanın rəhbəri Ceyhun Eminlinin məsuliyyəti nə dərəcədədir? Əməliyyat-axtarış tədbirləri hansı nətəcəyə gəlib? Bu və ya digər suallara tezliklə cavab verməyə çalışacağıq...
AZAD

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam