Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Dövlət qulluğunda işləyənlər 5 ildən bir imtahan verəcək

Dövlət qulluğunda işləyənlər 5 ildən bir imtahan verəcək

 

Dövlət qulluğunda işləyən şəxslər hər 5 ildən bir yenidən imtahan verməli olacaqlar.

Yenixeber.org: Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, dövlət qulluğuna qəbulla bağlı imtahanda iştirak edərək işə qəbul olunan şəxslərə sertifikat verilir:

"Beş ildən sonra həmin sertifikatın hüquqi qüvvəsi itir. Buna görə də onlar yenidən imtahanda iştirak etməli olacaqlar”.

M.Abbaszadə qeyd edib ki, DİM dövlət qulluğuna qəbul üçün elan etdiyi ilk daxili müsahibənin nəticələrini dövlət qulluğuna göndərib.

Onun sözlərinə görə, dövlət qulluğuna qəbul üçün bundan başqa ümumi müsahibə də elan edilib: "Ümumi müsahibədə dövlət qulluqçusu statusu olan və ehtiyat kadr bazasına daxil olan şəxslər iştirak edə bilərlər. Ümumi müsahibənin keçirilməsi üçün bizə 41 dövlət təşkilatı müraciət etmişdi. Artıq ümumi müsahibədə iştirak etmək istəyənlər üçün sənəd qəbuluna başlanılıb. Bu proses təxminən 20 gün aparılacaq. Daha sonra ümumi müsahibənin aparılma cədvəli elan olunacaq”.

M.Abbaszadə əlavə edib ki, dövlət qulluğuna qəbul üçün oktyabrda yeni növ test imtahanının keçirilməsi nəzərdə tutulur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam