Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Müqayis Verdiyev Zakir Fərəcovun “başağrısına” çevrilib: ÖZƏL


 

Qalmaqallı iş adamı ilə bağlı sonuncu xəbərdarlıq var

 

Xeberinfo.com: Son illərin qalmaqallı iş adamı kimi tanınan Müqayis Verdiyevdən yeni xəbər var. Xatırladım ki, Müqayis Verdiyev yaxın keçmişdə Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevlə aralarında yaranmış problem səbəbindən mətbuatın gündəmini zəbt etmişdir. O zaman müxtəlif ittihamlarla şərlənərək həbs olunduğunu iddia edən iş adamı dövlət başçısına ünvanlandığı məşhur məktubu ilə kütləvi diqqəti çəkmişdir. Bu qalmaqala mətbuatın həvəslə yer ayırması da nəticəsiz olmadı. (Şübhə etmirəm ki, hörmətli Verdiyev bu gün azadlıqda olmasına görə həm də mətbuata minnətdardır.)

Çox keçmədən azadlığa çıxan iş adamının səsi indi də Sumqayıt şəhərindən gəlir. Bu dəfə Müqayis Verdiyevin adı Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovla bərabər hallanır. Mətbuatın əvvəlki yazılarında iş adamı ilə icra başçısının düşmənçiliyindən bəhs olunurdusa, indi isə əksinə Zakir Fərəcovla Müqayis Verdiyevin sıcaq münasibətlərindən, birlikdə həyata keçirdikləri layihələrdən yazılır. Amma,... bu dəfə də birmənalı yox.

Məlum olduğu kimi, prezident İlham Əliyev 13 oktyabr 2015-ci ildə Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə 3,7 milyon (üç milyon yeddi yüz min) manat, 3 mart 2016-cı ildə isə çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi məqsədi ilə 9,0 (doqquz) milyon manat, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 6,5 milyon (altı milyon beş yüz min) manat, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2,5 milyon (iki milyon beş yüz min) manat vəsait ayrılması ilə bağlı sərəncam verib.

Bundan əlavə Sumqayıt şəhərinin abadlaşdırılmasına, Nəsimi adına Mədəniyyət və İstirahət Parkının (Dənizkənarı parkın) abadlaşmasına da xeyli vəsait ayrılıb. Və bu istiqamətdə ardıcıl və sürətli iş gedir.

Son zamanlar mətbuatın yazdıqlarına inansaq bu dəfə də iş adamı bu layihələrin icrasında “nəfsinə sahib dura bilmir”. Bu haqda çox yazılıb və Sumqayıtda da demək olar ki, bilməyən yoxdur.  Bu istiqamətdə xeberinfo.com-a da yeni məlumat daxil olub. Məlumata görə Sumqayıt şəhərində geniş miqyaslı layihələri reallaşdıran Zakir Fərəcov artıq Müqayis Verdiyevlə bağlı problem yaşamaqdadır. Səbəb isə iş adamı ilə bağlı narazılıqların kütləviləşməsi, yuxarı dairələrə yönəlik şikayətlərin çoxalmasıdır.

Əldə etdiyimiz məlumata görə ali instansiyadan Zakir Fərəcova Müqayis Verdiyevlə bağlı son və sərt xəbərdarlıq edilib. “Bu adamın adını bir də eşitməyək” şəklində aldığı xəbərdarlıqdan sonra cənab Fərəcovun da iş adamı ilə bağlı qəti qərar qəbul edəcəyi gözlənilir. Hər halda “prezidentin etimadını doğruldan”, “işgüzar icra başçısı” kimi imic formalaşdırmış Zakir Fərəcovun bu “başağrısı”ndan qurtulacağı gözlənilir.

Təəssüf ki, tərəflərlə əlaqə yaratmaq cəhdlərimiz nəticəsiz oldu.

Mövzu diqqətimizdədir.

 

Nizam 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam