Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Qaradağın icra başçısının daha bir maxinasiyası-VİDEO

 

Süleyman Mikayılov bu dəfə qaçqın və məcburi köçkünlərin haqqını yeməkdə ittiham olunur

 

Xeberinfo.com:  Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovun daha bir maxinasıyası ilə bağlı məlumat almışıq. Bu dəfə icra başçısı qaçqın və məcburi köçkünlərlə bağlı həyata keçirilən müəyyən layihələrdə yol verdiyi qanunsuzluqlarda ittiham olunur. Məlumatda icra başçısı ilə birgə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qaradağ rayon şöbəsinin rəhbəri Əliyev Ceyhun İntiqam oğlunun da adı hallanır. Məlumata videomaterial da əlavə olunub. Videomaterialda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qaradağ rayon şöbəsinin sabiq işçisi Muxtarova Gülnarə Nizam qızı bu rayonda qaçqın və məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələrdə konkret maxinasiyalardan danışır. Həmin videomaterialdan görünür ki, S.Mikayılov və C.Əliyevin göstərişi ilə məcburi köçkünlər necə aldadılır, rayonlarda yaşayan məcburi köçkünlərdən pul alaraq onlara Bakıda ev verilməsi üçün necə Qaradağ rayonunda qeydiyyata alırlar. Bundan başqa məcburi köçkün olmayan vətəndaşlar kommunal xərclərdən yayınmaq üçün məcburi köçkün kimi qeydiyyata alınırlar, onlara qaçqın vəsiqəsi verilir və təbii ki, bütün bunlar rüşvətlə həll olunur. Bir sıra hallarda isə pul verən şəxslər aldadılırlar və pis vəziyyətdə icra başçısı ilə şöbə müdirinin göstərişi ilə hərəkət edən  G.Muxtarova qalır.  G.Muxtarova bu barədə onlarla danışanda isə açıq şəkildə təhdid olunur.   Videomaterialda G.Muxtarova C.Əliyev tərəfindən hədələndiyini, icra başçısının adından ölümlə təhdid olunduğunu bildirir.

Araşdırmalarımız zamanı bu sayaq materialların indiyədək bir neçə dəfə yayımlandığı da məlum oldu.

Həmin videonu təqdim edirik və əgər istəsə qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam