Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Cəlilabadda “yaşıl soyqırım” davam edir

                                            

 

 

 

    Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin fəaliyyəti ilə bağlı ziddiyyətli məlumatlar dolanır

 

xeberinfo.com":Məlum olduğu kimi bir neçə gün öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən il və bu ilin yanvar ayında korrupsiyaya qarşı apardığı mübarizənin nəticələrini açıqladı. 

 

    Nazirliyin mətbuat xidmətindən əldə etdiyimiz məlumatda bildirilirdi ki, dövlət idarələrində, xüsusilə vətəndaşlarla təmasda olan dövlət qurumlarında korrupsiyaya, rüşvətxorluğa qarşı ciddi mübarizənin aparılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışlarından irəli gələn növbəti tapşırıqların yerinə yetirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən korrupsiya təzahürlərinin qarşısının alınması və belə hallara səbəb olan şəraitin aradan qaldırılması üçün 2013-cü ildə ardıcıl tədbirlər həyata keçirilib, bu proses 2014-cü ildə də davam etdiriləcək.

 

   Nazirlik hesabatında Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti başda olmaqla bir çox strukturlarında qanunsuzluqları açıqladı. Bu faktları təkrarlamaq niyyətində deyilik. Lakin redaksiyamıza daxil olmuş məlumatlarla bağlı nazirliyin hesabatından kiçik bir hissəni xatırladıram:  “Meşələrin İnkişafı Departamentinin tabeliyində olan müəssisələrdə aparılan yoxlamalar zamanı 9646m3 həcmində 66285 manat məbləğində aktlaşdırılmamış özbaşına (qanunsuz) qırıntı faktı aşkar edilərək hüquqi qaydada sənədləşdirilib. Yoxlamaların nəticələrinə uyğun olaraq Goranboy, Zaqatala, Cəlilabad və Şamaxı meşə mühafizəsi və bərpası müəssisələrinin direktorları, habelə Qusar və Cəlilabad MMBM-lərin baş meşəbəyləri tutduqları vəzifədən azad edilib, ümumilikdə, Nazirlik və Departamentin nomenklaturasına aid olan 166 nəfər cavabdeh vəzifəli şəxs barəsində intizam tənbeh tədbirləri görülüb, onlardan 66 nəfəri işdən çıxarılıb, 56 nəfərə töhmət, 44 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Məsələyə hüquqi qiymət verilməsi məqsədilə təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi və meşə fonduna dəymiş ziyanın ödətdirilməsi üçün 111361 manat ziyan məbləğində 100 iş aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib”.

“xeberinfo.com”ya Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM), eləcə də bu müəssisənin yeni müdürü Şahin Cəfərovun fəaliyyəti ilə bağlı yeni məlumatlar daxil olub. Məlumatlardan belə görünür ki, bu müəssisədə müdür və baş meşəbəyi dəyişsə də “məlum qaydalar” dəyişməz olaraq qalmaqdadır. Və nəinki dəyişməz olaraq qalmaqdadır, bu istiqamətdə bir “inkişaf” da var… Bu “inkişaf”ı  stimullaşdıran amil isə yeni müdürün yeni “qaydalar”ıdır.

Məlumat üçün qeyd edim ki, Cəlilabad rayonunda 17500 ha meşə təsərrüfatı var. Daha doğrusu bu statistikadır.

 Reallıq isə…

Əldə etdiyimiz məlumatlara görə meşə sahəsində aktlaşdırılmamış özbaşına qırıntılar kütləvi şəkil almaqdadır. Bu meşə sahəsi Cəlilabadın elə kəndlərinə yaxın ərazidir ki, bu kəndlərdə qaz yoxdur. Bu da Cəlilabad MMBM-nin məsul şəxslərinə para qazanmaqda yeni fürsət verir. Odunun 1kub m. –i isə 15-20 manat arasında dəyişir. Elə bilməyin ki, məhv edilmiş sahədə yeni tinglər əkilir. Xeyr, ağıllılar bu sahəni 1 ha-rı 30 manat olmaqla ot yeri kimi bir illik icarəyə verirlər.

    Cəlilabadda məhv olunana meşə sahələri xüsusi ilə rayonun Şatırlı, Zopun, Sadatlı və Qaradağlı kəndlərini əhatə edir. Daha çox talan olunana dolaylar isə bunlardır: 4-5-18A, 2-3-13 və s.

   Biz Cəlilabad MMBM və hörmətli Şahin Cəfərovun fəaliyyətindən “xeberinfo.com”ya daxil olmuş məlumatlarla bağlı hələlik geniş yaza bilmirik. Səbəb isə lazımı araşdırmaları apara bilməməyimizdir. Cənab Cəfərovu eşitmək istiqamətindəki çavablarımız nəticəsiz oldu. Qarşıdakı günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul şəxslərinin mövqeyini öyrənməklə mövzunu davam etdirəcəyik.

 

 

 

   Ədalət      

  

       

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam