Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Gömrük Komitəsində Ehtiram Xəlilov kabusu

 

 

 

 

      “xeberinfo.com”: Bir müddət əvvəl Sumqayıt Baş Gömürk İdarəsinin rəisi vəzifəsindən azad edilərək nisbətən aşağı vəzifəyə-Aksiz Gömrük İdarəsinin rəisi təyin edilən gömrük xidməti general-mayoru Ehtiram Xəlilovun rəqiblərinin sevinci uzun sürmədi.  Sumqayıt Gömrük İdarəsini Baş İdarəyə çevirən, ardınca da prezident İlham Əliyevin sərəncamı ilə gömrük xidməti general mayoru rütbəsi alması Ehtiram Xəlilovun gömrük orqanlarında rəqiblərini ciddi narahat etmişdi.

    Məlumata görə Ehtiram Xəlilovun rəqibləri ilə yanaşı onu sevməyənlər,ona paxıllıq edənlər də çoxdur. Ona qarşı bu münasibət əsasən Ehtiram Xəlilovun heç bir klana bağlı olmamasından irəli gəlir. Gömrük orqanlarını öz aralarında bölən klanların təmsilçilkəri isə onlardan olmayan birinin baş idarə rəisi və general olmasını həzm edə bilmirlər. Doğrudur, Ehtiram Xəlilovun Dövlət Gömrük Koitəsinin sədri Aydın Əliyevlə yaxşı münasibətləri var. Ancaq hər kəs bilir ki, Aydın Əliyev Ehtiram Xəlilovu qorumaq gücündə olan fiqur deyil. Gömrük orqanlarını öz nəzarətlərində saxlayan klanların Ehtiram Xəliova nifrətinin bir səbəbi də heç şübhəsiz Sumqayıt Baş Gömrük İdarəsində klan təmsilçilərinin at oynatmasının qarşısını ala bilməsi idi. Təsadüfi deyil ki, Sumqayıt Baş Gömrük İdarəsində əsas şöbələrin, Maliyyə-Tarif Şöbəsinin, eləcə də Yük Şöbəsinin rəisi heç bir klana bağlı olmayan şəxslər idilər. Belə ki, Maliyyə-Tarif Şöbəsinin rəisi Firdovsi Əliyev, Yük Şöbəsinin rəisi Aslan Şahverdiyev adlı şəxlərdir. Halbuki, Dövlət Gömrük Komitəsinin heç bir yerli idarəsində belə vəziyyət görmək mümükün deyil. Gömrük idarələrində aparıcı vəzifələr bir qayda olaraq klanların təmsilçiləri arasında bölünüb. Digər tərədən uzun illər ərzində Sumqayıt Baş Gömrük İdarəsində klanların revanş götürmək cəhdləri həmişə məğlubiyyətə uğrayırdı ki, bu da Ehtiram Xəlilova qarşı həmin klanlarda nifrəti artırırdı. Buna görə də Dövlət Gömrük Komitəsində bütün hakimiyyəti öz əlinə almış Naxçıvan qruplaşması Ehtiram Xəlilovu vurmaq üçün çox çalışıb. Onlar nəhayət ki, bu məqsədlərinə nail oldular.

     Ötən ilin sonlarına yaxın Ehtiram Xəlilov Sumqayət Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilib, nisbətən kiçik vəzifəyə-Aksiz Gömrük İdarəsinə rəis təyin edildi. Onun bu vəzufədən də vurularaq gömrükçülərin “cərimə batalyonu” adlandırdıqları Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinə göndəriləcəyini düşünən rəqiblərinin sevinci uzun sürmədi. Belə ki, yeni il ərəfəsində, daha dəqiqi isə dekabrın 30-da DGK-nin sədri Aydın Əliyevin əmri ilə Ehtiram Xəlilovun rəhbərlik etdiyi Aksiz Gömrük İdarəsinə baş idarə statusu verildi. Gömrükçülər arasında gəzən söz-söhbətə görə bu əmr Ehtiram Xəlilovun himayədarlarının ona yeni il hədiyyəsi olub. DGK-nin Aksiz Gömrük İdarəsinə baş idarə statusu verən əmri gömrükçülər arasında yayıldıqdan sonra əksəriyyət bunu gömrük orqanlarını tam nəzarətə götürmüş Naxçıvan qruplaşmasının ilk məğlubiyyəti kimi də dəyərləndiriblər. Bir çoxları artıq vurulma növbəsinin Naxçıvan qruplaşmasına çatdığını düşünür. Bunun belə olub-olmayacağını yaxın zamanlarda görəcəyik.

    Aksiz Gömrük İdarəsinə baş idarə statusu verilməsi ilə isə demək olar ki, Ehtiram Xəlilovun vəzifə karyerasında ikinci yüksəliş dövrü başlayıb. Gömrük orqanındakı mənbədən “xeberinfo.com”ya daxil olan məlumata görə Ehtiram Xəlilov bu ilin sonuna kimi Bakı Baş Gömrük İdarəsinə rəis təyin olunacaq və beləliklə də ən böyük gömrük idarəsi təxminən iyirmi illik bir zamandan sonra ilk dəfə Naxçıvan qruplaşmasının nəzarətindən çıxarılacaq. Qeyd edək ki, Naxçıvan qruplaşmasına aid olan Vüsal Novruzovdan əvvəl Bakı Baş Gömrük İdarəsinə onun həmyerliləri Etibar Mirzəyev və Süleyman Mikayılov rəhbərlik ediblər. Etibar Mirzəyev hal-hazırda Fövqəladə hallar nazirinin müavini, Süleyman Mikayılov isə Qaradağ rayon icra hakimiyyətinin başçısı vəzfəsini tuturlar. Vüsal Novruzovun Fövqəladə Hallar Nazirliyinə transfer olunacağı gözlənilir.

                                       

               Ehtiram Xəlilovun gücünün sirri

     

      Gömrük orqanlarını tam nəzarətdə saxlayan klanların Ehtiram Xəlilova gücünün çatmamasının təbbi ki, səbəbi olmalıdır. Gömrük orqanlarındakı mənbəmiz bildirir ki, Ehtiram Xəlilovun faktiki olaraq heç bir klana bağlı olmadan və yüksək hakimiyyət dairələrində yaxın adamı olmadan uzun illər rəis olması və gömrük xidməti general mayoru rütbəsi alması onun özünün qazandığı nailiyyətdir. Mənbə bildirir ki, Ehtiram Xəlilovu hətta prezident Ilham Əliyev də tanıyır və onun müəyyən qabiliyyətlərinin olduğunu bilir. Prezidentin tanıdığı və müəyyən müsbət hisslər bəslədiyi məmuru isə vurmaq o qədər də asan deyil. Digər tərəfdən gömrük orqanarı üzərində ən böyük təsirə malik olan Kəmaləddin Heydərovun da Ehtiram Xlilovla münsibətləri çox yaxşıdır. Ehtiram Xəlilovun yeganə övladının toy mərasimində Kəmaləddin Heydərovun ailəvi şəkildə iştirak etməsi də “fövqəlnazir”in bu şəxslə yaxınlığını göstərir. Halbuki bundan əvvəl belə hallara rast gəlinməyib. Kəmaləddin Heydərov hətta Enerji Gömrük İdarəsinin rəisi Vaqif İbrahimovun qardaşının toyunda da iştirak etməyib. Ancaq Ehtiram Xəlilovun yeganə övladının toyunda ailəvi şəkildə iştirak edib. Ümumiyyətlə Kəmaləddin Heydərovun ailəvi şəkildə məmur toylarında iştirak etməsi az-az hallarda müşahidə olunur. Ehtiram Xəlilovun övladının toyunda Kəmaləddin Heydərov yalnız ailəvi şəkildə iştirak etməyib. Bu toya “fövqəlnazir”in komandasına mənsub olduqları iddia edilən nazir, komitə sədrləri, icra başçısıları və iş adamları da qatılıblar. Kəmaləddin Heydərovla quda olduğu söylənilən Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev toya ailəvi şəkildə qatılıb. Toya qatılanlardan biri iddia edirmiş ki, hələ bu günə kimi belə yüksək səviyyədə toy görməyib. Bu toy mərasimi ilə bağlı başqa məlumatlar da var və onları araşdırırıq və dəqiqləşdirdikdən sonra oxucularımızla tanış edəcəyik. Gömrük orqanlarındakı mənbəmiz bildirir ki, gördüklərini dəqiq qiymətləndirməyi bacaran hər kəs bu toy mərasimindən sonra Ehtiram Xəlilovun sıradan bir şəxs olmadığının fərqində olmalı idi. Ona görə də onu asanlıqla sıradan çıxarmaq mümkün deyil. Əksinə, o şəxsi münasibətlərinə görə istənilən rəqibindən güclüdür. Onun bir zəif yeri klanla bağlı olmamasıdır. Artıq indi bu amil də onun xeyrinə işləməyə başlayır. Hal-hazırda Aksiz Baş Gömrük İdarəsinin rəisi olan Ehtiram Xəlilov isə uzun müddət bu idarədə oturub qalmaq niyyətində deyil. Onun tezliklə başqa bir vəzifəyə təyin olunacağı gözlənilir.

     Mövzu ilə bağlı çoxsaylı məlumatlar var və onları dəqiqləşdirməyə çalışırıq. Aksiz Baş Gömrük İdarəsinin rəisi Ehtiram Xəlilovla əlaqə saxlamaq cəhdlərimiz heç bir nəticə vermədi. Aksiz Baş Gömrük İdarəsində telefona cavab verən şəxslər zəng etdiyimiz Ehtiram Xəlilova çatdıracaqlarını vəd etsələr də, cavab zəngi olmadı. Ancaq biz Ehtiram Xəlilovun mövqeyini öyrənməyə yenə cəhd edəcəyik.

 

 

 

 

      Kamandar 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam