Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Kredit ödənişləri aşağı salınsın”

 

“Dollarla kredit götürənlərə güzəştlərin tətbiq edilməsinə ehtiyac var”

"Xeberinfo.com":  Məlumata görə, bu haqda Axar.az-a iqtisadçı ekspert Vüqar Bayramov bildirib. İqtisadçı sözügedən məsələ ilə bağlı Mərkəzi Banka təkliflər verdiyini açıqlayıb: 
“Əgər əvvəl 500 dollar aylıq ödəniş edən kredit götürən şəxsin aylıq ödənişi 390 manat idisə, indi həmin məbləği ödəyən vətəndaşın aylıq ödənişi 525 manatdır. Bu isə o deməkdir ki, hər 500 dollar kredit ödənişi edən vətəndaş 135 manat artıq aylıq vəsait ödəməlidir. Bu isə kredit faizlərinin ödənilməsində çətinlik yaradacaq. Bununla bağlı MB-yə təklif etmişik ki, dünya praktikasında belə hallarda tətbiq edilən 2 yoldan birini seçilsin. Birincisi, bir sıra inkişaf etməkdə olan ölkələrdə olduğu kimi, MB bu kreditlərin milli valyuta ilə dəyərinin hesablanması üçün orta məzənnə prinsipindən istifadə edə bilər. 
Bu zaman bank və müştəri üçün ağırlığın paylaşdırılması həyata keçirilə bilər. Məsələn, müştəri kredit götürən zaman dolların kursu 0.78 manat idisə və indi bu məzənnə 1.05 manatadək yüksəlibsə, o zaman bundan sonra ödənilən kreditlər üzrə orta faiz 1 dollar=0.92 manat götürülə bilər. Bu zaman aylıq 500 dollar ödəniş etməli olan şəxs 525 manat deyil, 460 manat ödəyəcək. Bu isə o deməkdir ki, müştəri əvvəlkinə nisbətən hər 500 dollarda 135 manat deyil, 70 manat əlavə ödəmə həyata keçirəcək. Bu həm müştərinin yeni məzənnənin təsirindən müəyyən qədər sığortalanmasına, həm də bankın gəlirlərinin kəskin azalmasının qarşısının alınmasına imkan verəcək”. 
Vüqar Bayramov bildirib ki, bu məsələdə həm müştərilərin, həm də bankların maraqlarının qorunmasına ciddi ehtiyac var: 
“Mərkəzi Bank dollarla kredit götürən vətəndaşlar üçün güzəştlər tətbiq edə bilər. Yəni MB kommersiya banklarından dollarla kredit götürən vətəndaşların kredit müqavilələrinə yenidən baxmalı və həmin vətəndaşlar üçün aylıq kredit faizlərinin aşağı salınmasının təmin edilməsi ilə bağlı tövsiyə məktubu göndərməldir. Bu zaman dollar ilə olan kreditlərin faizlərində hiss edilən azalma tətbiq etməklə onların aylıq ödənişlərində kəskin artımın qarşısını almaq olar. Bu, ikinci çıxış yoludur. Həm vətəndaşların sosial təminatı baxımından, həm də problemli kreditlerin həcminin artmasının qarşısının alınması baxımından MB-nin prosesə müdaxilə etməsi və qeyd edilən təkiflərdən ən azı birini qəbul etməsinə ehtiyac var”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam