Redaktor seçimi
“Yeraltı dünya”nın yeni hökmdarı: Zaur Hüseynovun metro əməliyyatları-
Bakı şəhər İcra Hakimiyyətinin başçısı və biznes
55 milyonluq tender udan şirkət “yoxa” çıxıb – Fəhlələr 4 ildir maaşlarını ala bilmir:
“METRO ZAUR”UN PADŞAHLIQ ARZUSU – Və yaxud Zaur Hüseynovun ad günündən qalmaqallı görüntülər… –
Rüstəm Usubovun və yaxın qohumlarının BİZNES ŞƏBƏKƏSİ —
İradə Gülməmmədovanın həyat yoldaşının biznesi açıqlandı -
Şəkinin icra başçısının varidatı açıqlandı: Villaları, şirkətləri, hotelləri və …
Nazir Azad Rəhimovun qardaşı olmaq
Günün xəbəri

Portal rəhbəri: "Karantindən sonra təyyarə biletləri bahalaşacaq" -MÜSAHİBƏ

Rusiyanın “Avia.ru” portalının baş redaktoru Roman Qusarov COVID-19 pandemiyasının dünya hava nəqliyyatına və turizminə vurduğu ağır zərbədən, o cümlədən təyyarə biletlərinin bahalaşacağından söhbət açıb.

Yenixeber.org: - Koronavirus pandemiyası hava sərnişin nəqliyyatı və turizm sahələrinə nə qədər ziyan vurub?

- Əslində, bu ziyan davam edir və nə vaxt başa çatacağı da aydın deyil. Odur ki, tam olaraq dəyən ziyanı hesablamaq çətin məsələdir. Hava yolu şirkətləri aprel ayında olduğu kimi, indi də fəaliyyətsizdir, nə vaxtadək belə qalacağını isə heç kim bilmir. Üstəlik, söhbət bütün dünya iqtisadiyyatına, deməli, dünya əhalisinə yetən ziyandan gedir. İnsanlar işsiz qalır, məvaciblərindən olur, nəticədə karantindən sonrakı dövrdə sərnişinlərin, turistlərin xeyli azalacağı şəksizdir. Deməli, hələ bir neçə il ərzində hava yolu və turizm şirkətləri zərərlə işləyəcək. Yekun rəqəmləri də bir neçə il sonra hesablaya biləcəyik. Ən nikbin proqnoza görə, hava nəqliyyatında dirçəlmə 2024-cü ildən tez baş verməyəcək. Yəni 2024-cü ildə hələ 2019-cu ilin səviyyəsinə çata biləcəyik. 

Cari itkilərə gəlincə, təxmini hesablamalar aparılır, amma nəticələr fərqlidir. Məsələn, Rusiya hökuməti “Aeroflot”un itkilərini 8 milyard rubl məbləğində dəyərləndirib. Halbuki “Aeroflot”un payına ölkədəki daşımaların yarısı düşür. Turizmdə isə itkilər göz qabağındadır. Bu sahədən daha çox asılı olan ölkələrin vəziyyətin yaxşılaşdığını bildirərək hava daşımalarını bərpa etməyə səy göstərdiklərindən bunu aydın sezmək mümkündür. İlkin hesablamalara görə, dünya turizm sektorunun mümkün itkiləri 300 milyard ABŞ dollarından çox olacaq.

- İndi tədricən postkarantin dövrünə qədəm qoyuruq. Bir çox ölkələr məhdudiyyətləri ləğv etməyə başladı. Sərhədlərin açılmasını, beynəlxalq uçuşların bərpasını nə zaman gözləmək olar?

- Hazırkı dövrü postkarantin dövr kimi dəyərləndirmək tələskənlik olardı. Sərhədlər bağlıdırsa, karantin davam edir. Yalnız bütün məhdudiyyətlər ləğv ediləndən sonra postkarantin dövründən danışa bilərik. Bunun nə zaman baş verəcəyi də pandemiyanın dinamikasından asılıdır. Aydındır ki, böyük ölkələr infeksiya mənbəyi olaraq qalınca məhdudiyyətlər də qalacaq. 

 

Roman Qusarov

 Digər tərəfdən, Avropa İttifaqında daxili sərhədlər açıqdır. Məsələn, kiminsə Çexiyaya gedib oradan İtaliyaya təyyarə ilə, yaxud maşınla getməyəcəyinə dair zəmanət vermək mümkün deyil. Belə şəxs infeksiya mənbəyinə çevrilə bilər. Yəni təhlükə sovuşmayınca ölkələr bir-birindən qorunacaq, karantinin bitməsindən söhbət getməyəcək.

- Bəs sərhədlər açılandan sonra biletlər, turist səfərləri bahalaşacaqmı?

- Tur qiymətlərinə gəlincə, nəinki bahalaşma, əksinə, ucuzlaşma daha böyük ehtimaldır. Birincisi, əhalinin maddi imkanı azalacaq, çoxları köhnə qiymətlərə səyahətə çıxa bilməyəcəklər. Hotel sahibləri də bir müddət işsiz qalandan sonra olan-qalan turistləri cəlb etməyə girişəcəklər. Həm də təbii ki, işçi qüvvəsi də ucuzlaşacaq, istirahət mərkəzləri də daha sərfəli qiymətlərə xidmətlər təklif edə biləcəklər. 

Digər tərəfdən, hava yolu şirkətləri külli miqdarda ziyana uğrayır. Onlar pilotlara məvacib ödəməli, təyyarələrinin lizinq və parkinq haqqını ödəməli, cari texniki baxımını mütəmadi təmin etməlidir. Bundan əlavə, böhrandan sonra sərnişin axını da zəifləyəcək. Bütün bu məsrəflərin altından çıxmaq üçün şirkətlər istər-istəməz qiymət artımına getməlidir. Yəni ucuz təyyarə biletlərini ən azı bir neçə il üçün yaddan çıxara bilərik. İlk növbədə az sərnişinlə uçuş həyata keçirə bilməyən az büdcəli hava yolları bazarı tərk edəcək. Belə şirkətlər də qiymətləri ikiqat artırmaq məcburiyyətində qalacaq. Qısası, təyyarə biletləri bahalaşacaq, həm də xeyli dərəcədə. Nəticədə insanlar ən zəruri hallarda təyyarəyə minəcəklər. Hava sərnişin axınının iki dəfədən artıq azalacağı barədə proqnozlar çox ağlabatan görünür.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?


     
     
{sape_links}{sape_article}