Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

COVID-19 pandemiyası-Gürcüstan iqtisadiyyatına ciddi ziyan vuracaq

Koronavirus pandemiyası Gürcüstan iqtisadiyyatına milyardlarla lari dəyərində ziyan vuracaq.

Yenixeber.org: Gürcüstanın iqtisadçı ekspertləri bu fikirdədirlər. Gürcüstan hökuməti pandemiya səbəbindən yaranan maliyyə itkiləri barədə proqnozlarını hələlik açıqlamasa da, müstəqil ekspertlər itkilər barədə hesabatlar hazırlayırlar. Onların fikrincə, koronavirus pandemiyasının 2020-ci ilin ikinci rübündə ölkə iqtisadiyyatına vurduğu ziyan təqribən 3 milyard lari olacaq.

İqtisadçı ekspert Ramaz Qerliani deyib ki, koronavirus pandemiyası cari ilin ikinci rübündə Gürcüstan iqtisadiyyatına təqribən 2 milyard lari dəyərində ziyan vuracaq. Böhran ilin sonuna qədər davam edərsə, iqtisadiyyata dəyən ziyanın həcmi 4-5 milyard lari təşkil edəcək.

Onun sözlərinə görə, hökumət beynəlxalq təşkilatlardan aldığı maliyyə yardımlarını iqtisadiyyatın stimullaşdırılması üçün düzgün paylamalıdır. Böhran ölkə əhalisinə də təsirsiz ötüşməyəcək. İl ərzində nominal gəlir əldə edən vətəndaşlar hər ay 600-700 lari itirəcəklər. Bəzi hallarda bu itki daha böyük olacaq.

COVID-19 pandemiyası dünya iqtisadiyyatına da ciddi ziyan vurub. Asiya İnkişaf Bankı (AİB) bununla bağlı yeni proqnozlarını açıqlayıb. Bankın hesabatına görə, koronavirus pandemiyası səbəbindən dünya iqtisadiyyatı 2020-ci ildə 5,8 trilyon dollardan 8,8 trilyon dollara qədər ziyan edəcək. Bu da dünyada ümumi daxili məhsul istehsalının 6,4-9,7 faizinə bərabərdir (azərtac).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam