Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Azərbaycan iqtisadiyyatının vəziyyəti necə olacaq?

 

Tanınmış iqtisadçı bədbin deyil - Amma hər şey neftin qiymətindən asılıdır

«Neft ÜDM-nin azalması, ümumi ÜDM-in azalmasına gətirib çıxarır»
Vüqar Bayramov: «Növbəti aylarda ÜDM-in azalma tempi neftin ümumi bazar qiymətindən birbaşa asılı olacaq»
"Xeberinfo.com":  Məlumata görə, bu gün açıqlanan rəsmi rəqəmlərə görə, ötən ilin ilk ayına nisbətən Ümumi Daxili Məhsul 18 % azalıb. Bu həddindən artıq böyük rəqəmdir və ümumi gəlirin azalma tempi bu şəkildə davam edərsə, o zaman demək olar ki, Azərbaycan iqtisadiyyatını heç də ürəkaçan günlər gözləmir. Əgər ÜDM-in azalma tepmi bu şəkildə davam edərsə, Azərbaycan iqtisadiyyatını nə gözləyir?
PİA.AZ-ın əməkdaşı bu sualı tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramova ünvanlayıb. İqtisadçı ekspertin fikrincə, ÜDM-in azalması birbaşa neftin qiymətinin aşağı düşməsi ilə əlaqəlidir:
«Əvvəlki aya nisbətən ÜDM-in atması müşahidə olunsa da belə, 2014-cü ilin yanvar ayına nisbətən ÜDM-də azalma qeydə alınıb.  ÜDM-də azalmanın olması neftin ümumi bazar qiymətinin aşağı düşməsi ilə bağlıdır. Belə ki, neftin ümumi bazar qiyməti aşağı düşdükcə bu birmənalı şəkildə Azərbaycan ÜDM-nə təsir göstərir. Bu baxımdan tək neft ÜDM-də dekabr ayına nisbətən artım olsa belə, 2014-cü ilin yanvar ayına nisbətən azalma var və neft ÜDM-nin azalması ümumi ÜDM-in azalmasına gətirib çıxarır. Baxmayaraq ki, əvvəlki aylara nisbətən artım qeydə alınıb. Təəssüf ki, hələlik illik ÜDM-də azalma tendensiyası müşahidə olunur. İllik ÜDM-də azalma tendensiyasında olması neftin ümumi bazar qiymətinin aşağı düşməsi ilə bağlıdır. Azərbaycanda neft hasilatı əvvəlki səviyyədə qalsa belə, neft satışından əldə edilən gəlirlərdə azalmalar var. Təbii ki, gəlirlər azaldıqca ümumi ÜDM-in azalmasına səbəb olur. Azərbaycan iqtisadiyyatı üçün ÜDM-in azalması arzu olunan deyil. Amma növbəti aylarda ÜDM-in azalma tempi neftin ümumi bazar qiymətindən birbaşa asılı olacaq. Əgər neftin ümumi bazar qiymətində artımlar qeydə alınarsa, o zaman ÜDM-də qiymətlərin artması mümkündür. Nəzərə alsaq ki, fevral ayında neftin ümumi bazar qiyməti son 7 ay ərzində 60 dollarlıq limitə keçib və  bu artım tempində davam edərsə, Azərbaycan iqtisadiyyatı az təsirlənəcək.
Bəs manatın sərbəst buraxılması iqtisadiyyata necə təsir göstərəcək? Bu sualı cavablandıran tanınmış iqtisadçının fikrincə, bundan sonra manatın dəyərini avro müəyyənləşdirəcək və bu da ola bilsin manatın dollara görə ucuzlaşmasına gətirib çıxarsın:
«Mərkəzi Bank manatı sərbəst buraxmaq niyyətində olduğunu bəyan etməyib. Sadəcə olaraq, Mərkəzi Bank valyuta səbəbiylə dəyişiklik edir. Yəni manatın dəyəri həm də avroya nisbətən müəyyənləşdiriləcək. Bu ona gətirib çıxaracaq ki, manatın dəyəri birmənalı şəkildə avroya nisbətən nəzərə alınacaq. Əgər 1 avro 1 manat bərabərliyi tətbiq olunarsa, manatın dollara nisbətən dəyəri azalacaq. 1 avro 1 manat proporsional tətbiq olunması manatın dəyərində təxminən 10%-lik azalmanın olmasına gətirib çıxaracaq. Ancaq bu bütün hallarda Mərkəzi Bankın aparacağı siyasətdən asılı olacaq. Mərkəzi Bank məzənnə siyasətini dəyişməyəcəksə, bu manatın məzənnəsinə təsir göstərməyəcək».

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam