Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Rusiyada yaşanan iqtisadi böhran bank sektorunu iflic edib

 

Rusiyanın ən böyük dövlət bankı olan “Sberbank” bankomatlardan nağd pul çəkmə miqdarını 3 dəfə azaldıb.
"Xeberinfo.com":  Məlumata görə, Martın 1-dən qüvvəyə minəcək yeni tətbiqə görə, ən çox istifadə olunan Visa Classic / MasterCard Standard bank müştəriləri gündəlik 50 min rubldan (713 dollar) çox pul çəkə biləməyəcək. Hazırda bankın müştəriləri gündəlik 150 min rubla (2100 dollar) qədər pul çəkə bilir.
 
Bütün fərqli tip kart sahiblərinin aylıq limitləri də dəyişdirilib. Momentum and Visa Electron / Maestro kart üçün 500 min rubl (7100 dollar), Visa Classic / MasterCard Standard üçün 1,5 milyon rubl (21 min 400 dollar), Visa Gold / MasterCard Gold üçün 3 milyon rubl (42 min dollar), Visa Platinum / MasterCard World Black Edition üçün 5 milyon rubl (42 min dollar) və Infinite / World MasterCard Elite üçün isə 30 milyon rubl (428 min dollar) aylıq limit təyin olunub.
 
Bildirək ki, “Sberbank”ın aktiv bank kartının sayı 2014-cü ilin sonunda 10,6 faiz artaraq 101,9 milyona çatıb. Bu baxımdan “Sberbank” Avropanın ən böyük bankıdır.
Ümumi aktiv və kreditlər baxımından Rusiyanın ən böyük ticarət bankı olan “Sberbank” Rusiyanın maliyyə sistem və iqtisadiyyatında əhəmiyyətli rol oynayır. Rusiya bank sektorunun üçdə birini əlində cəmləşdirən bankın səhmlərinin 51 faizi Rusiya Mərkəzi Bankına məxsusdur. Bankın 22 ölkədə 110 milyon fiziki və 1 milyon hüquqi müştərisi var. bankın təkcə Rusiyada 17 mindən çox şöbəsi var.
Axar.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam