Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Dünya Bankı -Azərbaycanın özəl sektorunun diaqnostikasını aparacaq

 

“Gələn il biz Dünya Bankı Qrupunun yeni strategiyasının hazırlanmasına start verəcəyik və bu prosesdə ilkin mərhələ kimi ölkənin özəl sektorunun diaqnostikasının aparılması olacaq”. 

Yenixeber.org: Bunu eksklüziv açıqlamasında Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Aliyə Əzimova deyib.

A.Əzimovanın sözlərinə görə, bu özəl sektora aid dərin hesabat olacaq: "Hesabat özəl sektorun iqtisadiyyatda rolunun artırılması və iqtisadi artımda rolunun yüksəldilməsi imkanlarını və qeyd edilən sektordakı problemləri özündə əks etdirəcək. Bu sənəd əsasında da Dünya Bankı tərəfindən ümumi ölkə diaqnostikası hazırlanacaq. Daha sonra isə IFC-nin strategiyası və Dünya Bankı Qrupunun “ölkə tərəfdaşlıq strategiyası” hazırlanacaq".

Onun sözlərinə görə, strategiya 2021 – 2026-cı illəri əhatə edəcək.

A.Əzimova əlavə edib ki, strategiyanın hazırlanması üçün IFC-nin nümayəndə heyəti yanvarda Bakıya gələcək: “Özəl sektorun diaqnostikası zamanı biz potensialı yüksək olan özəl sektorları araşdıracağıq. Yəqin ki, həmin sənəd əsasında strategiya da hazırlananda biz prioritet sektorları seçəcəyik. Sonrakı fəaliyyətimizdə onu nəzərə alacağıq. İşlərimizə 2020-ci ilin yanvarında başlayacağıq. Təkcə özəl sektorun diaqnostikası 6-9 ay davam edəcək. Paralel olaraq digər sənədlərin də hazırlanmasına başlanılacaq. Qeyd etdiyim diaqnostikanı aparmaq üçün gələn ilin əvvəllərində iqtisadçılardan ibarət böyük bir komanda Bakıya gələcək”. 

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankın üzvüdür. Bu illər ərzində Bank Azərbaycanda həyata keçirilən 50-dən artıq layihəni dəstəkləyib. Həmin layihələr üzrə ümumi öhdəliklər 3,4 mlrd ABŞ dolları, hazırda mövcud 10 aktiv layihə üzrə isə 2,4 mlrd dollardır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam