Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

İpoteka ilə bağlı yenilik

 

Mərkəzi Bank ölkədə fəaliyyət göstərən kommersiya bankları ilə toplantı keçirəcək. Əsas müzakirə mövzusu isə kredit faizlərinin aşağı salınması olacaq.
"Xeberinfo.com":  Məlumata görə, Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, banklarla yaxın günlərdə keçiriləcək real sektorun maliyyələşməsini genişləndirmək və kredit faizlərini aşağı salmaq müzakirə olunacaq. 
Tənzimləyici orqan bununla bağlı bankların istəklərini və təkliflərini dinləyəcək. Amma qurum bankları narahat edən əsas məqamdan artıq xəbərdardır. 
Elman Rüstəmovun sözlərinə görə, problem cəlb olunan vəsaitlərin baha olmasıdır. Buna görə də əsas məsələ banklara ucuz vəsait verilməsidir ki, Mərkəzi Bank bunu etməyə söz verir. İstehlak kreditlərinin baha olmasının səbəbini Elman Rüstəmov həmin kreditlərin təminatsız olmasında görür. Əhalini narahat edən digər mühüm məsələ, ipotekaya gəlincə, dövlət büdcəsindən ayrılan vəsaiti artırmaq mümkündür. Amma Mərkəzi Bank diqqəti ipotekanın bazar mexanizmləri ilə artırılmasına yönəldir. Kreditin bu növünün bəzi şərtləri də dəyişə bilər.
“Biz düşürük ki, ümumilikdə ipotekanın məbləğini artırmaq lazımdır. Bu günkü 50 min manat mənzillərin qiymətlərinin yüksəldiyi bir vaxtda verilən ipoteka kreditlərini təkrar və köhnə mənzil bazarına yönəldir. Biz hesab edirik ki, bu vəsaiti əhəmiyyətli səviyyədə artırmaq lazımdır. Xüsusilə də kommersiya ipotekasında. Amma mən hesab edirəm ki, sosial ipotekada da bu məbləği artırmaq lazımdır. Çünki əhali daha komfortlu, yeni tikintilərdə ev ala bilsin. Bizim məqsədimiz budur ki, yeni tikintiyə yönəlmiş ipoteka iqtisadi artıma təkan və dəstək versin”-deyə Elman Rüstəmov bildirib. 
Amma bu gün ipoteka ilə bağlı insanları narahat edən əsas məqam ilkin ödənişin çox olmasıdır. Adi ipotekada ümumi məbləğin 20, sosial ipotekada isə 15%-i əvvəlcədən ödənilməlidir. Maksimum məbləğin 50 min manat olduğunu nəzərə alsaq, bu müvafiq olaraq 10 min və 7500 manat edir.
Ans tv

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam