Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Ölkəmizdə qızıl bahalaşacaq

 

“Azərbaycanda da qızlın qiymətində yaxın günlərdə artımların olacağı gözlənilir”.

"Xeberinfo.com":  Məlumata görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov bildirib.

O qeyd edib ki, bu, dünya bazarında müşahidə edilən artımlar nəticəsində idxal olunan analoji məhsulların xərcinin yüksəlməsi ilə yanaşı bu ilin yanvarın 1-dən aksiz vergisi dərəcəsinin artırılması ilə bağlıdır: “Qızılın qiyməti dünya bazarında son ayların ilk rekorduna imza atıb: qiymətli daş-qaşın qramının qiyməti yüksələrək son 5 ayda ilk dəfə olaraq psixoloji 40 dollarıq həddi yenidən keçib. İndi dünya bazarında qızılın 1 qramı 40.65 dollar, unsiyası isə 1265 dollar təklif edilir. Dəyərini son günlər 2 faiz artıra bilən qızıl son ayda 6 faiz bahalaşıb.

Qızıla tələbatın artması onun dünya bazar qiymətinin yüksəlməsinə səbəb olub. Belə ki, son aylar bir sıra ölkələr, o cümlədən Çin, Qazaxıstan, Türkiyə, Hindistan və hətta Rusiya öz ehtiyatlarının bir hissəsini qızıla çevirmək qərarına gəliblər”.

İqtisadçı bildirir ki, 24,7 ton qızıl alan Qazaxıstan Mərkəzi Bankı öz qızıl ehtiyatlarını 181,9 tona çatdırıb. Mütəxəssis həmçinin əlavə edir ki, MDB-nin digər üzvü olan Rusiya isə 7,23 ton qızıl alaraq öz ehtiyatlarını 1113 tona yüksəldib:

“2012-2014-cü illərdə qızılın düya bazar qiymətinin azalması və yeni qlobal iqtisadi böhran qorxusu inkişaf etməkdə olan ölkələrdə qızıla tələbatı artırıb. Qızılın qiymətinin artmasının digər səbəbi isə neft və valyuta bazarında müşahidə edilən çalxalanmalar fonunda investorların öz pullarını daha az riskli istiqamətə yönəltməsi ilə bağlıdır.

Qızılın qiymətindəki artım tempinin davam edəcəyi proqnozlaşdırılsa da hələlik kəskin yüksəliş gözlənilmir. Bununla belə, 2015-ci ildə bütövlükdə qızılın dəyər qazanacağı proqnozlaşdırılır”, – deyə iqtisadçı bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam