Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ukrayna səfiri:"Rusiya əvəzinə Azərbaycan bazarına yönəlməliyik"

 

"Ukrayna Rusiyanın neft-qaz bazarından Azərbaycan bazarına yönəlməkdə maraqlıdır".

Yenixeber.org:   Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski mətbuat konfransında bildirib.

“Neft qaz məhsullarının 98 faizini Azərbaycandan alırıq. Rusiya bazarı əvəzinə Azərbaycan bazarına yönəlmək bizim üçün çox əhəmiyyətlidir. Fikrimcə, bunlar heç də son hədd deyil, daha iddialı planlarımız var. Azərbaycan yanacağını Avropa İttifaqına tədarük etmək üçün hər cür imkanlarımız var”, – diplomat deyib.

O, hazırda SOCAR brendinin Ukraynada məşhur olduğunu söyləyib: “Özüm də SOCAR məntəqəsindən istifadə edirəm, hava limanına gedəndə hər dəfə orada maşını saxlayıram, çünki orada hər cür infrastruktur yaradılıb”.

V.Kanevski bu gün Ukraynada SOCAR brendi ilə 60-a yaxın yanacaqdoldurma məntəqəsinin fəaliyyət göstərdiyini, yüksək tələbatla bağlı onların sayının 100-ə çatdırmağı nəzərdə tutduqlarını vurğulayıb: “Bildiyiniz kimi, SOCAR Ukraynada qaz operatorlarından biridir. Bu da ölkələrimiz arasında enerji əlaqələrinin inkişaf etdiyini göstərir. Bu tipli Azərbaycan məhsullarına Ukraynada böyük tələbat var”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam