Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

“Bloomberg”:"Qlobal fondların aldığı qızılın həcmi 3 min tona yaxınlaşır"

Artan geosiyasi risklər fonunda qlobal fondlar qızıl almaqda davam edir.

Yenixeber.org:  Bu barədə Ümumdünya Qızıl Şurası məlumat yayıb.

Məlumatda deyilir ki, təkcə bu ilin avqust ayında qlobal fondlar bu qiymətli metala təxminən 6 milyard ABŞ dolları məbləğində investisiya edib. Son nəticədə onların sərəncamında olan qızılın həcmi 122 ton artaraq və yaxud 4,7% artaraq 2 733 tona çatıb. İlin əvvəlinə nisbətən artım isə 10,4% təşkil edir.

Xatırladaq ki, qızıla investisiyaların indiki həddi sonuncu dəfə 2012-ci ildə qeydə alınıb. Bu dəfəki sürətli yatırımlar isə mərkəzi bankların faizləri azaltması, ABŞ və Çin arasında ticarət müharibəsinin yenidən qızışması və bunların yaratdığı qeyri-müəyyənlik fonunda baş verir.

Bu il qızıla ən çox investisiyanı ABŞ fondları yatırıb. Onlar 2019-cu ildə 7,4 milyard dollar dəyərində 76 ton qızıl alıb. İlin əvvəlindən Böyük Britaniya qızıl ehtiyatlarını 22 ton, Çin 10 ton, Almaniya isə 6 ton artırıb.

Qeyd edək ki, dünya bazarında qızılın qiyməti bu ilin əvvəlindən 18% artıb. Təkcə avqust ayında isə bahalaşmaq 7,7% olub. Hazırda əmtəə birjalarında 1 unsiya qızılın qiyməti 1 500 dollar ətrafında dəyişir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam