Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

ADB: ...Azərbaycandakı suveren əməliyyatlara 820 mln dollar yatırıla bilər

“2020-2022-ci illərdə mümkün olan indikativ resursların hesabına suveren əməliyyatların ümumi həcmi 820 mln dollar məbləğində ola bilər”. 

 Yenixeber.org: Bu barədə Asiya İnkişaf Bankının (ADB) Azərbaycan üçün açıqladığı 2020-2022-ci illəri əhatə edən biznes-planda bildirilir.

Məlumata görə, 3 illik biznes-plan bu gün ADB-nin Direktorlar Şurasında təsdiq edilib. Bu vəsait birgə maliyyələşmə və digər mənbələldən cəlb edilən resursları da nəzərdə tutur.

ADB Azərbaycana 2020-ci ildə 265 mln dollar, 2021-ci ildə 30 mln dollar, 2022-ci ildə isə energetika, təhsil, infrastrukturun yaxşılaşdırılması və dövlət idarəçiliyinin səmərəliliyinin artırılması sahələrində 4 layihəyə 450 mln dollar məbləğində kredit ayıra bilər. 2022-ci ildə icra ediləcək layihədə hökumətin iştirak payı 67 mln dollar məbləğində nəzərdə tutulur.

Bundan əlavə, qarşıdakı 3 ildə 5,8 mln dollarlıq texniki dəstək göstərəcək. 

İlkin olaraq Bank 2019-cu il üçün 250 mln dollar məbləğində bir kredit  və 3,2 mln dollar dəyərində 5 texniki dəstək layihəsi (dövlət sektorunun səmərəliliyinin artırılması, dövlət sektoru idarəçiliyinə dəstək, vergi siyasəti və idarəçiliyin gücləndirilməsi, enerji sektorunun davamlılığının təşviqi və Naxçıvanda suvarma və drenaj sisteminin İnkişafı) nəzərdə tutub.

ADB Azərbaycana 2020-2022-ci illər üzrə iki əsas indikator üzrə, ümumilikdə, 295 mln dollar kredit ayıracaq. Onlardan birincisi ictimai sektorun idarə edilməsi, ikincisi isə maliyyə sektoru ilə bağlıdır.

İctimai sektorun Səmərəliliyinin artırılması layihəsi üçün 265 mln dollar, özəl sektorun inkişafının sürətləndirlməsi layihəsi üzrə isə 30 mln dollar məbləğində kredit ayrılması gözlənilir.

Xatırladaq ki, Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür və bu vaxta qədər Bank Azərbaycana 4,19 mlrd dollarlıq kredit verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam