Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Neftin ucuzlaşmasının büdcənin icrasına təsiri

 

 

«Neftin qiymətinin aşağı düşməsi faktiki olaraq bütün neft ixrac edən ölkələrin iqtisadiyyatına təsir göstərir»
"Xeberimfo.com":  Məlumata görə,  bu sözləri Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov neftin son qiyməti ilə bağlı açıqlamasında söyləyib.
Qeyd edək ki, bu gün «Brent» markalı neftin qiyməti 2009-cu ilin mayından sonra ilk dəfə olaraq 50 dollardan aşağı düşüb.  
Azərbaycan iqtisadiyyatı neft ixrac edən bir dövlət kimi daha çox neftdən asılı olduğu üçün 2015-ci ilin ilk həftəsində dünya birjalarında neftin dəyərinin beynəlxalq ekspertlərin proqnozlaşdırdığı minimum səviyyə çatması Azərbaycan iqtisadiyyatında hansısa təlatümlərə yol aça bilərmi? İqtisadçı millət vəkilinin fikrincə Azərbaycan iqtisadiyyatı bu təlatümləri aşmaq gücünə sahibdir. Çünki Azərbaycanın ehtiyyatları bu böhranı yola vermək üçün yetərli hesab olunur:
«Ümumiyyətlə neftin qiymətinin aşağı düşməsi faktiki olaraq bütün neft ixrac edən ölkələrin iqtisadiyyatına təsir göstərir. Azərbaycan da neft ixrac edən ölkədir və bizim iqtisadiyyatımız ümumiyyətlə birbaşa neftlə bağlıdı. Ona görə də Azərbaycan iqtisadiyyatına neftin qiymətinin düşməsi müəyyən təsir göstərir.  Biz dövlət büdcəsinə neftin qiymətin 90$ təsdiq etmişik, amma hal- hazırda neftin qiyməti  50$-dır. Hər  İL neftin qiyməti 10$ düşəndə Azərbaycan təxminən 240-250 milyon manat ziyan edir. Yəni dövlət büdcəsi də müəyyən qədər ziyan görəcək. Amma təsdiq olunan dövlət  büdcəsinə neftin gələn gəlir cəmi 15%, 2 milyard manatdır. Buna  baxmayaraq neft bazarındakı böhran dövlət büdcəsindən də yan keçməyəcək. 
Ümumilikdə isə neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına  yəni Dövlət Ehtiyyat Fonduna, Dövlət Neft Fonduna  daxil olan vəsaitlərə ciddi təsir göstərəcək. Məlum olduğu kimi, biz bu vəsaitlərdən qaçqınlar üçün istifadə edirik, bu vəsaitdən iri layihələrin işlənməsində istifadə olunur. Məsələn, bu il Cənub Qaz Kəmər layihəsinin  çəkilməsi üçün 9 milyon vəsait ayırmışıq». 
Millət vəkili hesab edir ki, bütün hallarda neftin qiymətinin aşağı düşməsi bu il üçün büdcənini icra olunmasında elə bir problem yaratmayacaq. Amma 2016-cı il üçün bunu demək çətindir:
«Neftin qiyməti indiki səviyyədə qalarsa, gələn, 2016-cı il üçün müəyyən problemlər yarana bilər. Burda ən ciddi məsələlərdən biri daxil olan vəsaitlərin səmərəli xərclənməsinə diqqət yetirməsidir. Vəsaitlər səmərəli xərclənərsə, problemlərin həlli də asanlaşacaq».
PİA.AZ

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam