Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

Türkiyə-Azərbaycan üçün yük vaqonlarının istehsalına başlayıb

Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin tabeliyindəki “Türkiye Demiryolu Makinaları Sanayi A.Ş.” (TÜDEMSAŞ) Azərbaycan üçün iki ədəd yük vaqonu prototipini istehsal edib.

Yenixeber.org: Həmin yük vaqonları bir milyon dollar dəyərindədir.

Qurum bildirir ki, testlər uğurla həyata keçirilib və umumiyyətlə 600vaqonun istehsalı nəzərdə tutulur.

TÜDEMSAŞ-ın Baş direktoru bildirib ki, Azərbaycanın dəmiryolu və tunel genişliyi bizimkilərdən fərqli idi: “Bu səbəbdən istehsal etdiklərimiz vaqonlar onların dəmiryollarına uyğun deyildi. Ona görə də onların istifadə etdikləri EA tipli vaqon sistemini müəssisələrimizə gətirdik. İki ölkənin dəmir yolu xəttlərində çalışması üçün iki ədəd yük vaqonu prototipini istehsal etdik. Lazımi avadanlıqlar əlavə edəcəyik və ondan sonra biz sifariş gözləyirik". 

Xatırladaq ki, ümumi sifarişin məbləği 36 mln ABŞ dolları təşkil edir. Həmin vaqonların Balı-Tbilisi-Qars dəmir yolu xəttində işləyəcəyi nəzərdə tutulur.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin uzunluğu 826 kilometrdir. Bakı-Tbilisi-Qars 30 oktyabr 2017-ci ildə istismara verilmiş dəmiryolu layihəsidir. Dəmiryolu xətti Azərbaycanın paytaxtı Bakı şəhərindən Gürcüstanın Tbilisi və Axalkalaki şəhərindən Türkiyənin Qars şəhərinə gedir. Bu dəmiryolu Azərbaycanla Türkiyəni birləşdirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam