Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

SOCAR Türkiyədə ofis binası alıb

 

SOCAR Türkiyədə 75 milyon dollara ofis binası aldı.
"Xeberinfo.com":  Məlumata görə, bu ölkəyə yatırdığı investisiyalarını genişləndirən şirkət daha geniş ofisə malik olmaq zərurətini nəzərə alaraq tikilməkdə olan ofis mərkəzində 12 mərtəbəli binanı alıb.
Məlumata görə, SOCAR-ın törəmə şirkəti olan “SOCAR Türkiyə”nin ofisi indiyədək İstanbulun Maslak bölgəsində, Emlak Bankın keçmiş ofisinin yerləşdiyi biznes mərkəzinin bloklarının birində idi. İndi isə şirkət İstanbul Cenderedə, Maslaka yaxın bölgədə yeni ofis mərkəzini satın alıb. Həmin bina “Vadi İstanbul Projesi”nə daxildir. Layihədə 180 min kvadratmetrlik ofis sahəsinin tikintisi də daxildir.
Hazırda layihənin ikinci mərhələsi həyata keçirilir. “SOCAR Türkiyə”nin aldığı ofis binası 12 mərtəbəlidir və 17 min 800 kvadratmetr sahəyə malikdir. Hələlik şirkət ofis binasının alınmasına dair müqaviləni rəsmən açıqlamayıb və gözlənilir ki, sövdələşmə bu həftə açıqlanacaq.
Ancaq “Para dərgisi”nin əldə etdiyi məlumata görə, şirkət ofis binası üçün 75 milyon dollar ödəyib. Özü də nağd olaraq.
Xatırladaq ki, SOCAR Türkiyədə ən iri xarici investorlardan biridir. Şirkət bu ölkənin “Petkim” sənaye kompleksinin səhmlərinin 51 faizini 2 milyard 40 milyon dollara alıb, habelə “Tekfen” şirkətinin səhmlərinin yarısını əldə edib.
SOCAR Türkiyənin İzmir bölgəsində “Star Rafineri” adlı nəhəng neftayırma və neft-kimya kompleksinin inşasına da milyardlarla dollar yatırıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam