Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

TAP üzrə Albaniyada dənizdə aparılan - tikinti işləri başa çatdırılıb

 TAP üzrə Albaniyada dənizdə aparılan tikinti işləri başa çatdırılıb

Trans-Adriatik kəmərinin (TAP) dəniz hissəsinin tikintisi çərçivəsində Adriatik dənizinin Albaniyada olan ərazisində borudüzmə işləri başa çatdırılıb.

Yenixeber.org: Bu əməliyyata layihənin "offshore" hissəsinin dizayn, satınalma, tikinti və quraşdırma üzrə podratçısı olan "Saipem" şirkəti boru kəmərinin tikintisi üçün “Castoro 10” borudüzən barjı cəlb edib. Polad boruları sahildən 1,4 km məsafədə olan gəmidə qaynaq edilib, yoxlanılıb və dənizin dibinə buraxılıb.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam