Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

KOBİA ilə Qazaxıstanın Sahibkarlığın İnkişafı Fondu arasında ...

KOBİA ilə Qazaxıstanın Sahibkarlığın İnkişafı Fondu arasında memorandum imzalanıb

Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Qazaxıstanın müvafiq qurumu olan "Damu" Sahibkarlığın İnkişafı Fondu arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb və birgə tədbirləri müəyyən edəcək yol xəritəsi təsdiqlənib.

Yenixeber.org: KOBİA-dan verilən məlumata görə, sənəd ötən həftə Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən "Ulttyq Onim" Milli Məhsullar Sərgisi çərçivəsində imzalanıb.

Sərgi çərçivəsində həmçinin, KOBİA nümayəndələrinin Qazaxıstanın bir sıra dövlət və özəl qurumlarında görüşləri təşkil olunub. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Qazaxıstanın Xarici Ticarət Palatasının sədri Ayan Erenov arasında keçirilmiş görüşdə Azərbaycan və Qazaxıstanın kiçik və orta biznes (KOB) subyektləri arasında əlaqələrin genişləndirilməsinə, qarşılıqlı ixrac missiyalarının təşkilinə, biznes assosiasiyalarına dəstək mexanizmlərinə dair fikir mübadiləsi aparılıb.

"KazakhExport" ASC-nin İdarə Heyətinin sədri Ruslan İsakovla təşkil olunmuş görüşdə qarşılıqlı biznes missiyaların təşkilinə, "Baiterek" ASC-nin İdarə Heyətinin sədr müavini Galymzhan Tajiyakovla görüşdə isə KOB-lara maliyyə institutlarının və mexanizmlərinin dəstəyi, dövlət-özəl tərəfdaşlığı çərçivəsində mümkün əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

"Ulttyq Onim" Milli Məhsullar Sərgisi çərçivəsində O. Məmmədov Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyinin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının (KOSGEB) sədri Cəvahir Uzkurtla da görüşüb. Görüşdə kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığa və təcrübə mübadiləsinə, eləcə də Agentliyin nümayəndələrinin Türkiyəyə nəzərdə tutulan səfərinə dair fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam