Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ölkəmizdə benzin ucuzlaşa bilər

 

Ölkədə benzinin qiymətində ucuzlaşma baş verə bilər

 

"Xeberinfo.com": Artıq bu barədə Milli Məclisdə müzakirələr gedir və yaxın vaxtlarda qəti addımlar atılacaq.
 
Millət vəkili Vahid Əhmədov da ölkə ərazisində idxal olunan benzinin qiymətində dəyişikliyin zəruri olduğunu təsdiqləyib. Deputat APA-ya verdiyi açıqlamada idxal olunan Aİ-95 markalı benzinin ucuzlaşmalı olduğunu deyib:
 
“Dünya bazarında neftin ucuzlaşması ilə əlaqədar Azərbaycana idxal olunan Aİ-95 markalı avtomobil benzininin qiymətinə yenidən baxılmalıdır. Dünya bazarında neftin qiyməti əgər 62 dollara düşübsə, benzinin qiymətində də müəyyən dəyişikliklər olmalıdır. Ona görə də hesab edirəm ki, 2015-ci ilin I yarım ili üçün müəyyən qədər qiymətlərə təsir edilməli, idxal olunan Aİ-95 markalı benzin ucuzlaşmalıdır”.
 
Qeyd edək ki, əvvəllər 93 qəpiyə satılan “Premium-95” markalı benzinin qiyməti bu ilin avqustundan 97 qəpiyə təklif olunur. Sonradan “Azpetrol” şirkəti “Premium Avro-95” markalı benzinin qiymətini aşağı salıb. Dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar olaraq şirkət “Premium” benzininin satış qiymətinə yenidən baxıb və oktyabrın 1-dən həmin markalı benzinin qiyməti 2 qəpik aşağı salınaraq, 95 qəpiyə endirilib.
 
Azərbaycan Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli qərarına əsasən, idxal olunan “Avro-5” ekoloji normalarının tələblərinə uyğun oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına aid edilməyib. Başqa sözlə, Azərbaycanda yanacaqdoldurma məntəqələrində satılan “Premium Euro-95” benzini ölkəyə xaricdən idxal edilir və idxal edilən benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir.
 
Ölkədə ən böyük yanacaqdoldurma məntəqələri şəbəkəsinə sahib olan Azərbaycan Dövlət Neft Şirkəti, “Azpetrol” və “LUKoil Azərbaycan” məsləyə münasibət bildirmək istəyib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam