Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Son 15 ilin ən kritik neft sammiti

 

73204_res_01

    Neft ixrac edən ölkələrin təşkilatı OPEC sabah Vyanada son 15 ilin ən kritik toplantısını keçirəcək.

   "Xeberinfo.com": Virtualaz.org saytı xəbər verir ki, dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşdığı bir vaxtda OPEC-in bu toplantısı əvvəlcədən planlaşdırılmış olsa da iqtisadiyyatı neftdən asılı olan ölkələr üçün kritik əhəmiyyət kəsb edir.

Karteldən rəsmi hasilat kvotasını aşağı salmaqla dünya bazarlarında qiymətlərin ucuzlaşmasını dayandırmağı gözləyirlər.

Lakin analitiklər OPEC sammitinin nəticələrinin necə olacağını təxmin etməkdə çətinlik çəkirlər. Çünki kartel tərəfindən hasilatın aşağı salınması tez-tez əl atılan praktika deyil. Sonuncu dəfə OPEC hasilatın və ixracın həcmini 2008-ci ildə, qlobal maliyyə böhranı dövründə azaltmışdı. O vaxt neft görünməmiş səviyyədə ucuzlaşdı-bir neçə ay ərzində 148 dollardan 32.40 dollara endi. OPEC-in həmin il qəbul etdiyi qərara əsasən hasilatın azaldılması prosesi üç mərhələdən ibarət olmuşdu, nəticədə kartel sutkalıq hasilatı 4.2 milyon barrelə qədər azaltmışdı.

İndi qiymətlər 2008-ci ildə olduğu kimi “quyunun dibinə” enməsə də proqnozlar fəlakətlidir. Bu ilin iyun ayından etibarən “Brent” markalı neftin qiyməti 32 faiz ucuzlaşaraq 78 dollara enib. Analitiklər hesab edir ki, hasilat azaldılmasa qiymətlər daha da ucuzlaşacaq və bir barrel üçün 60 dollara enəcək.

OPEC-in bu ucuzlaşmanı dayandırmaq imkanı var. Kartel dünya bazarlarına çıxarılan neftin 40 faizini təmin edir, hazırda OPEC sutkada 30 milyon barrel neft hasil etməkdədir. Əgər sabahkı sammitdə hasilatın ən azı 4-5 milyon barrel azaldılması barədə qərar qəbul edilməsə, o zaman qiymətlərin 60 dollara qədər enməsi qaçılmaz hesab olunur.

Lakin kartelin hasilatı aşağı salmağa hazır olduğu şübhəlidir. Bu məsələdə OPEC üzvü olan ölkələr arasında fikir ayrılıqları var. Sammit ərəfəsində İran, Venesuela, Rusiya, Səudiyyə Ərəbistanı və Meksikanın neft nazirləri arasında müzakirələr olub.

Müzakirələrdə hasilatın azaldılması ideyası dəstəklənməyib. Səudiyyə Ərəbistanının neft naziri Əli Ən-Nyuami bildirib ki, neftin qiymətini bazar müəyyənləşdirməlidir və süni şəkildə qiymətləri yuxarı saxlamaq düzgün praktika deyil. İran isə hasilatın azaldılmasına tərəfdardır. Rusiya OPEC-ə üzv olmasa da kartelin hasilatı azaltmasına tərəfdar olardı.

Lakin Rusiyanın özündə hasilatın azaldılması ideyası dəstəklənmir. Çünki Rusiya neft hasilatını azaldıb sonra lazım olanda yenidən artırmaq üçün sürətli texnologiyalara malik deyil. Hasilatın azaldılmasından sonra yenidən əvvəlki həcmdə neft çıxarmaq üçün xeyli vaxt və əlavə xərclər tələb olunur. Neft şirkətləri isə bunu istəmir.

Məsələn, “LUKoil” prezidenti Vahid Ələkbərov hesab edir ki, hasilatı azaltmaq lazım deyil. Çünki tezliklə neftin qiyməti yenidən artmağa başlayacaq, Rusiya şirkətləri isə hasilatı azaldaraq əlavə ziyana düşəcəklər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam