Redaktor seçimi
Onkologiyanın Kəmaləddin Qafarov şişi-
Abşeron “kraliçası” kornovirus üsyanı yaradır: insanlar DTX-dan kömək umur –
Heydər Əsədovun özünə və ailəsinə məxsus sərvətlər üzə çıxıb-
Koronavirusun dünya iqtisadiyyatına təsiri və onun Azərbaycan üçün nəticələri -
Ağ Evin “C” planı:
Daha bir rus yazıçıdan sensasion iddia:
Koronavirus Kəmaləddin Heydərovu bitirə bilər -
Fərhad Əhmədovdan prezidentə şikayət-
Günün xəbəri

Səudiyyə və Rusiya Trampı məyus etdi- Gözlənilməz qərar

    

Səudiyyə və Rusiya Trampı məyus etdi - Gözlənilməz qərar
OPEK-in lideri olan Səudiyyə Ərəbistanı və təşkilatdan kənarda dünyanın ən böyük neft istehsalçısı olan Rusiya yaxın zamanlarda xam neft hasilatlarını artırmaqdan imtina ediblər. Bununla da, ABŞ prezidenti Donald Trampın bazarı sakitləşdirmək üçün tədbir görmək haqda çağırışlarına rədd cavabı veriblər.
Yenixeber.org: Bu barədə qərar OPEK+ (OPEK və qeyri-OPEK ölkələri) formatında energetika nazirlərinin monitorinq komitəsinin Əlcəzairdə keçirilən görüşündə qəbul edilib. 

“Mən qiymətlərə təsir göstərmirəm”, - deyə Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih nazirlərin görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib. 

Əl-Falih onu da vurğulayıb ki, hasilatın artırılması üçün Səudiyyə Ərəbistanı əlavə gücə və anbar həcminə malikdir. Lakin indiki vaxtda buna ehtiyac yoxdur və ola bilsin ki, gələn il də ehtiyac duyulmasın. Çünki gələn il qeyri-OPEK ölkələrinin neft hasilatı qlobal tələbatı üstələyə bilər. 

“Bazarlar kifayət qədər təmin olunub. Mən dünyada elə bir neft emalı zavodu tanımıram ki, neft axtarsın və onu tapa bilməsin”, - deyə Əl-Falih vurğulayıb. Lakin istisna etməyib ki, əgər lazım olarsa, Səudiyyə Ərəbistanı gündəlik hasilatı 1.5 milyon barrelə çatdıra bilər. 

Rusiyanın energetika naziri Aleksandr Novak isə bəyan edib ki, neft hasilatını dərhal artırmağa eytiyac yoxdur. Amma Çinlə ABŞ arasındakı ticarət müharibəsi, həmçinin, ABŞ-ın İrana qarşı sanksiyaları dünya neft bazarı üçün problemlər yarada bilər. 

Venesuelanın neft naziri isə deyib ki, bu ilin sonunda ölkəsi gündəlik neft hasilatını 1,5-dən 2 milyon barrelədək artırmaq niyyətindədir. 

Xatırladaq ki, 2016-cı ilin sonunda OPEK və qeyri-OPEK ölkələri dünya bazrında neftin qiymətinin artırılması və sabitləşdirilməsi üçün gündəlik hasilatın 1,8 milyon barrelədək azaldılmasına dair razılıq əldə ediblər. 

Qeyd edək ki, bu ay "Brent" markalı neftin bir barrelinin 80 dollara çatması Trampı bazarda qiymətləri salmaq barədə OPEK-ə qarşı yenidən tələb irəli sürməyə vadar edib. Vaşinqtonun bu tələbinin əsl səbəb isə ABŞ-ın OPEK-ə daxil olan İrana qarşı noyabrda enerji sanksiyalarının qüvvəyə minməsindən sonra Tehranın neft ixracının azalması nəticəsində neftin qiymətinin əhəmiyyətli dərəcədə artması və Rusiyanın bundan fayda əldə etməsidir. 
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     
{sape_links}{sape_article}