Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Azərbaycan daha bir mötəbər quruma qoşulma ərəfəsində

İqtisadçı ekspert : “ŞƏT kimi nüfuzlu təşkilata üzvlük Azərbaycana yeni imkanlar açacaq”

Yenixeber.org: Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin xarici işlər nazirliklərinin başçıları Azərbaycanın müşahidəçi ölkə statusu alması üçün müraciətinə baxacaqlar. Virtualaz.org “Sputnik”ə istinadən məlumat yayıb ki, bunu ŞƏT-in baş katibi Rəşid Alimov Çində Azərbaycan Xarici İşlər Nazirliyinin başçısı Elmar Məmmədyarovla görüşündə deyib. Gözlənilir ki, məsələyə daha ətraflı təşkilatın üzv ölkələrinin Xarici İşlər Nazirləri Şurasının  iclasında baxılacaq.

Xatırladaq ki, Azərbaycan dialoq üzrə tərəfdaş kimi təşkilata qoşulma prosesini 2016-cı ildə başa çatdırıb. Keçən il Hindistan və Pakistan ŞƏT-in tamhüquqlu üzvləri olublar. Müşahidəçi ölkə statusunu isə daha əvvəl Monqolustan, İran, Əfqanıstan və Belarus alıb.

Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Tacikistan, Hindistan təşkilatın tam hüquqlu üzvdür. İran, Əfqanıstan, Belarus, Monqolustan və Əfqanıstan isə müşahidəçi statuslu üzv dövlətlərdir.

ŞƏT 1996-cı ilin aprelindən Çinin sərhəd problemlərinə həll gətirmək üçün Çin və qonşu dörd dövlətlərlə birlikdə yaradılmış bir platforma şəklində olub. 2001-ci ilin iyununda isə Özbəkistanın qatılması ilə regional iqtisadi və təhlükəsizlik əməkdaşlıq təşkilatına çevrilmiş beynəlxalq bir qurumdur. Çinin təşəbbüsü ilə ərsəyə gəlmiş bu təşkilatın adı da bu ölkənin məşhur Şanxay şəhərinin adından götürülüb. Təşkilata üzv ölkələr 300 milyon kvadrat metr ərazini əhatə edir və Avrasiya qitəsinin 3/5-ünə bərabərdir. 2 milyarddan yuxarı əhaliyə sahib olan bu təşkilat dünya əhalisinin 1/4-ni təşkil edir. 2004-cü ildə Monqolustan və 2005-ci ildə Hindistan, Pakistan və İranın da təşkilata müşahidəçi üzv ölkə olaraq iştirak etməsi ilə adıçəkilən təşkilat artıq Avrasiyanın ən böyük iqtisadi və təhlükəsizliklə bağlı regional təşkilatı halına çevrilib. 19 fevral 2005-ci ildə Bişkekdə keçirilən iqtisadi-ticarət nazirləri toplantısında enerji, nəqliyyat, telekommunikasiya, elm və texnologiya, əkinçilik sahələrindəki əməkdaşlıqla əlaqədar qanunvericiliyi təsdiq edilib.

ŞƏT əsasən iqtisadi əməkdaşlıq müstəvisində fəaliyyət göstərir. Bununla belə, qurum yaranandan bu günədək bəzi araşdırmaçılar onu NATO-ya bənzətməyə çalışırlar. Bəziləri isə Rusiya ilə Çin kimi nəhənglərin bir yerdə olduğu ŞƏT-i nə zamansa NATO-ya rəqabətə girə biləcək bir təhlükəsizlik bloku kimi formalaşacaq birlik olaraq görürlər.

Ekspertlərə görə, NATO ilə ŞƏT-in yaranmasının tarixi, arxa planı və funksiyaları fərqlidir. Ancaq hər xüsusiyyəti  ilə NATO ilə eyni səviyyədə qiymətləndirilməsi çətin olmasına baxmayaraq, təşkilatın mövcud quruluşu və həcmi kiçik hesab edilməyəcək vəziyyətdədir. Yəni regional təhlükəsizlik ittifaqının qurulmasının zəmini hazırdır. Tək problem siyasi, iqtisadi və təhlükəsizlik sahəsində qarşılıqlı güvənin çatışmamasıdır.

Åanxay ÆmÉkdaÅlıq TÉÅkilatı ile ilgili görsel sonucu

Əsasən Şərq ölkələrini birləşdirən təşkilatla münasibətlərin daha da genişləndirilməsinə təhlilçilər arasında fərqli baxış var. Bəzi təhlilçilər Azərbaycanın iqtisadi əlaqələrinin inkişaf etdirilməsi üçün bu təşkilatın üzvlüyünə ehtiyac olmadığını, bunun iqtisadi deyil, “siyasi motivli” olduğunu düşünürlər. Buna etiraz edənlər isə addımın uğurlu əməkdaşlıq olduğunu hesab edirlər.

Digər qisim ekspertlər isə hesab edir ki, dünyanın iqtisadi nəhəngi olan Çin və hazırda güclü siyasi təsir imkanlarına malik Rusiya kimi dövlətin ŞƏT-də aparıcı olmasına baxmayaraq, qurumun nə ABŞ, nə də Avropa İttifaqı kimi böyük iqtisadi potensialı yoxdur.

Azərbaycanın bu təşkilata qatılmasının “balanslaşdırılmış siyasəti” davam etdirmək xarakteri daşıdığı da bildirilir.

FikrÉt Yusifov ile ilgili görsel sonucu

Sabiq maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov “Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycan bərabərhüquqlu siyasət yeritmək istəyən hər kəslə əməkdaşlığa açıqdır: “ŞƏT-lə yaxınlaşma nəhəng iqtisadi imkanlara malik Çinlə iqtisadi əlaqələr üçün yeni imkanlar aça bilər. Daha çox beynəlxalq təşkilatlarda təmsil olunmaq öhdəlik deyil, daha sıx və iqtisadi əlaqələr qurmaqdır. ŞƏT-in daha bir nəhəng dövləti Rusiyaya gəlincə, biz onsuz da Rusiya ilə yaxın əlaqələrə malikik. Biz müstəqil dövlətik və müstəqil də siyasətimizi davam etdiririk. ŞƏT-ə müşahidəçi statuslu üzvlüyümüzün kökündə əsasən iqtisadi əlaqələri genişləndirməyin dayandığını düşünürəm. Azərbaycan bərabərhüquqlu siyasət yeritmək istəyən hər kəslə əməkdaşlığa açıq ölkə olduğunu dəfələrlə bəyan edib. Üzvləri İpək Yolu üzərində yerləşən ŞƏT-in Azərbaycanla əməkdaşlığının genişlənməsi nəqliyyat sahəsində də yeni imkanlar açacaq”.

F.Yusifov qeyd etdi ki, ŞƏT hərbi ittifaq deyil, bu ittifaqın əsas məramı üzv ölkələrin ərazisində sabitliyin və təhlükəsizliyin təmin edilməsinə, geniş məkanda terrorizmə, separatçılığa, ekstremizmə və narkotrafikə qarşı mübarizə aparmaq, üzv ölkələr arasında iqtisadi əməkdaşlığı, enerji tərəfdaşlığını, elmi və mədəni əlaqələri inkişaf etdirməkdən ibarətdir: “Azərbaycanın dünya əhalisinin az qala yarısının təmsil olunduğu, ümumi ərazisi Avroasiyanın ərazisinin 60%-nə bərabər olan ölkələrin yaratdığı belə bir nüfuzlu təşkilata müşahidəçi qismində üzv olması ölkəmiz üçün çox önəmli bir hadisədir. ŞƏT-a üzv olmağımız gələcəkdə bizə bu təşkilatın yüksək kürsüsündən üzv ölkələri Ermənistanın ölkəmizə qarşı apardığı işğalçı siyasətinə qarşı birgə mübarizəyə səsləmək şansı verəcək. Eyni zamanda Dağlıq Qarabağda yaramaz erməni separatçılarının əməllərini bu mötəbər təşkilatın müzakirəsinə çıxarmaq və müvafiq qərarların qəbul edilməsinə nail olmaq mümkün olacaq. Dünya iqtisadiyyatının Çin və Hindistan kimi nəhənglərinin bir arada olduğu təşkilatda üzv ölkələrlə iqtisadi əməkdaşlığın genişləndirilməsi şansları daha böyük olacaq. Bu gün Şərqlə Qərbin arasında yükdaşımaların ən səmərəli yolu məhz Azərbaycandan keçir. Bu yaxınlarda Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra Qədim İpək Yolunun orta xəttinin bərpa olunması və ”Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisinin başa çatdırılması ilə Azərbaycan Şərqlə Qərb arasında tranzit yükdaşımaların böyük bir mərkəzinə çevrilməkdədir. Bu baxımdan da Çin və Hindistan kimi ölkələrin Azərbaycana marağı getdikcə böyüyür. Azərbaycan bütün bu imkanlardan istifadə etməklə beynəlxalq aləmdə həm də öz siyasi çəkisini artırır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam