Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

118 dövlət əmlakı özəlləşdirilib

    

118 dövlət əmlakı özəlləşdirilib
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən elektron sifariş və onlayn iştirak imkanlarından istifadə ilə sentyabrın 18-də növbəti hərrac keçirilib.
Yenixeber.org: Komitədən bildirilib ki, bu dəfə iştirakçılar tərəfindən özəlləşdirilən qeyri-yaşayış sahələri Bakı və Sumqayıt şəhərlərində yerləşir. Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki obyektin ümumi faydalı sahəsi 242 kvadratmetrdir. Torpaq sahəsi ilə birgə ilkin qiymət təyin olunan bu əmlaka iştirakçı tərəfindən 107 min 500 manat təklif olunub. Daha bir ofis və xidmət obyekti kimi istifadəyə imkan verəcək qeyri-yaşayış sahəsi Sumqayıt şəhəri, 15-ci məhəllə, bina 46/9 ünvanında yerləşir. Bu əmlakın ümumi faydalı sahəsi 376 kvadratmetr, satış qiyməti isə 100 min manatdır.

Reallaşan hərracların nəticələri, özəlləşdirilən dövlət əmlaklarının tam siyahısı ilə tanış olmaq istəyən şəxslər komitənin rəsmi saytında (www.emdk.gov.az) müsabiqə və hərraclar bölməsində “nəticələr” keçidinə daxil ola bilər.

Komitə tərəfindən keçirilən hərraclarda hər kəs məhdudiyyətsiz formada iştirak edərək dövlət əmlakına sahib ola bilər. Özəlləşdirilən müxtəlif kateqoriyalı dövlət obyektlərinin sonrakı fəaliyyəti ölkədə həm iqtisadi, həm də sosial vəziyyətə müsbət təsir göstərir. İnvestisiya yatırılmış müəssisələr yeni və müasir standartlara uyğun yenidən qurulur. Bu fəaliyyət nəticəsində yeni iş yerləri yaranır, əhalinin məşğulluq səviyyəsi artır. Özəlləşdirilən müəssisələrdə istehsal olunan məhsullar və ya göstərilən xidmətlər ilə ölkə daxilində vətəndaşların tələbatları ödənilir.

Sentyabrın 25-də baş tutacaq növbəti hərraca ümumilikdə 118 dövlət əmlakı çıxarılıb. Onlardan 83-ü kiçik dövlət müəssisə və obyekti, 28-i qeyri-yaşayış sahəsi, 7-si isə nəqliyyat vasitəsidir. Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı, komitənin rəsmi saytı, “facebook” sosial şəbəkəsindəki rəsmi səhifə və “privatization.az” səhifəsi vasitəsilə aparılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam