Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

25 zavod Azərbaycan xammalını ala bilmədiyi üçün fəaliyyətini dayandırıb

 

 

>Gürcüstanda sement istehsalı ilə məşğul olan 25 zavod fəaliyyətini dayandırıb.

 

Yenixeber.org: Buna səbəb xammal çatışmazlığıdır.

“Rustavi 2” televiziya kanalı bildirir ki, dövlət sərhəd keçid məntəqəsində sənədlərin qeydiyyatının gecikməsi səbəbindən 3 min tondan çox sement üçün xammal – klinger qalıb. Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti Departamenti bir neçə müddətdir ki, məhsulun keyfiyyətini yoxlayıb başa çatdırmır.

 

Klinger materialı Gürcüstana əsasən Azərbaycandan və İrandan gətirilir. Sement istehsalçıları bildirirlər ki, artıq bir aydan çoxdur ki, məhsul sərhəd keçid məntəqəsindədir. Maliyyə Nazirliyinin Gəlirlər Xidməti Departamenti isə bu vaxt ərzində heç məhsuldan nümunə də götürməyib. İş adamlarının fikrincə məhsulun keyfiyyətinin analizi təqribən 1-2 saat çəkir. Amma bir aydan çoxdur ki, məhsuldan analiz üçün nümunələr götürülmür.

 

Sement istehsalçılarının fikrincə, bu, onlar üçün süni yaradılmış maneədir və kimlərsə sement-beton istehsalında monopoliya yaratmaq istəyir.

 

Gürcüstanın biznes–ombudsmanı İrakli Lekvinadze isə deyilənləri təkzib edib və gecikmənin ölkədə monopoliya ilə bağlı olmasını cəfəngiyat adlandırıb.

Gürcüstanda sement istehsalı ilə məşğul olan 25 zavod fəaliyyətini dayandırıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam