Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Maşınların qiyməti 10 faiz bahalaşıb -Səbəb

Maşınların qiyməti 10 faiz bahalaşıb - Səbəb
Yay aylarında avtomobil bazarında qiymətlərin kəskin artımı qeydə alınıb.

Yenixeber.org: Bunu daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı bildirib. Onun sözlərinə görə, avtomobil bazarında bahalaşma təklif portfelinin həcminin daralması ilə əlaqədardır.
“Yay aylarında bir çox avtomobil markalarında qiymətlərin artımı müşahidə edilir. Təklif portfelinin daralmasının səbəbi mövsümlə əlaqədardır. Belə ki, insanlar şəxsi avtomobillərindən daha çox turizm məqsədləri üçün istifadə edirlər. Bu səbəbdən maşınları bazara satışa çıxarmırlar. Buna görə də yay mövsümündə daha çox avtomobillərin qiymətinin artımını hiss olunur”.

Ekspert qeyd edib ki, qiymət artımı 5-10 faiz civarindadır. R.Osmanlı bahalaşmanın müvəqqəti olduğunu, mövsüm başa çatdıqdan sonra qiymətlərin bir qədər ucuzlaşacağını qeyd edib.

Qeyd edək ki, son günlər avtomobil bazarlarında durğunluq hökm sürür. Bazarda təklif çox olsa da, alıcı azdır. Buna səbəb kimi qiymətlərin yüksək olması göstərilir. Nisbətən ucuzlaşma isə kondisoneri olmayan avtomobillərin satışında müşahidə edilir. Ümumilikdə isə qiymətlərin qalxması bazarda durğunluq yaradıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam