Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

GECF:Azərbaycan hazırda beynəlxalq qaz habına çevrilib

 "Azərbaycan hazırda beynəlxalq qaz habına çevrilib və bu, Prezident İlham Əliyevin rəhbəri olduğu Azərbaycan hökumətinin yürütdüyü ağıllı və müdrik siyasət nəticəsində mümkün olub."

Yenixeber.org: Bunu 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Konfransının "Dayanıqlı gələcəyin inkişafı üçün əsas amillər: kooperasiya və innovativlik" adlı plenar iclasında Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) baş katibi Yuriy Sentyurin deyib.
Onun sözlərinə görə, Azərbaycanın bu təşkilata 2015-ci ildə qoşulub və o, ölkənin forumun üzvü olduğundan qürur duyur.
Enerji bazarının gələcəyinə toxunan Y.Sentyurin bildirib ki, onun rəhbərlik etdiyi təşkilat təbii qaza olan ehtiyacın 2040-cı ilə qədər hər il 3,5%, ümumilkdə isə 25% artacağını proqnozlaşdırır. Onun sözlərinə görə, bu, şəhərlərin inkişafından, Asiyanın qaz bazarındakı artımdan və qazın elektrik enerjisinin istehsalında hələ də əsas mənbə olmasından asılı olacaq:
"Bu, həmçinin ekoloji məsələlər və qazın təmiz enerji mənbəyi olması ilə bağlıdır. Qaz kimi enerji mənbəyi BMT-nin dayanıqlı inkişaf məqsədlərinə nail olmasına yol açır", - o əlavə edib.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam