Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Qara qızıl Rusiyaya qara günlər gətirir

 

     “Rusiyanın məhv edilmə planı” – Latviyanın populyar ”NRA” (Neatkarigas Rita Avize) informasiya saytının dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşmasından bəhs edən təhlili məqaləsi belə adlanır. "Xeberinfo.com" maraqlı məqalənin tərcüməsini təqdim edir.

 

     Neft 1986-cı ilin sonunda Sovet İttifaqı iflasın astanısında dayanmışdı. Buna səbəb neftin dünya bazarındakı qiymətinin dramatik şəkildə aşağı düşməsi idi. XX əsrin yetmişinci illərində SSRİ-də yüksək rifah səviyyəsi dünya enerji böhranı nəticəsində neftin qiymətinin yüksəlməsi ilə əlaqədər yaranmışdı. Ancaq Sovet rəhbərliyi neft dollarlarını ABŞ-a qarşı silahlanmaya sərf etməyə başlayınca, vətəndaşların həyat səviyyəsi aşağı düşməyə başladı. 1986-cı ildə neftin bir barelinin qiyməti 27 dollardan 10 dollara qədər azaldı.

 

Həmin dövrdə SSRİ-nın elitanın tələblərini yüksək səviyyədə ödəməyə, sadə xalqı kifayət qədər ucuz ərzaq və geniş istehlak malları ilə təchiz etməyə, ABŞ-a qarşı qoşulduğu silahlanma yarışını istənilən şəkildə aparmağa, bütün dünyadakı kommunist hərəkatlarını yedirtməyə və kosmosla bağlı layihələr üçün tələb olunan maliyyə vəsaitlərini ayırmağa artıq imkanı yox idi. Neft qiymətlərinin aşağı düşməsi sosialist ölkələrinin Sovet İttifaqına olan inamını sarsıtdı. 1986-cı ilədək SSRİ-nin dostu olmaq dünya qiymətlərindən ucuz enerji resursları əldə etməyə yol açırdı. Dünya bazarındakı neft qiymətinin aşağıya düşməsinə baxmayaraq, 1986-cı ildən sonra da SSRİ öz müttəfiqləri ilə neft satışını əvvəlki hesablar formulu ilə həyata keçirməkdə davam edirdi. Sovet sisteminə qarşı olan məyusluq və peşimançılıq hissi geniş miqyas almağa başlamışdı. Bu sistemdən təkcə müttəfiq respublikalar və sosialist bloku dövlətlərindəki narazılar deyil, həmçinin praqmatik kommunist rəhbərlər də üz döndərirdilər.

 

İqtisadiyyat öz işini gördükdən sonra elitası müstəqillik istəməyən SSRİ respublikalarında da sistem dağılmağa başladı. Bizim günlərdə 1986-1988-ci illərdə ərəb şeyxlərinin nəyə görə qiymətin yüksəlməsinin qarşısını almaqdan ötrü neft istehsalını azaltmaqdan imtina etmələrini dəqiq söyləmək çətindir. Çox böyük ehtimalla Qərbi Avropanın, ABŞ-ın (Ronald Reyqanın) və Səudiyyə Ərəbistanının əsas məqsədi iqtisadi baxımdan SSRİ-nin timsalındakı “şər imperiyasını” məhv etmək olub.

 

Vladimir PutinO dövrdən 28 il keçməsinə baxmayaraq, deyəsən tarix yenə də təkrar olunur. SSRİ-nin yerinə yeni “şər imperiyası” – Rusiya var. Ancaq məhv etmə planı əvvəlki kimi köhnə olaraq qalıb. Hətta Rusiya, SSRİ-dən də artıq səviyyədə neftdən və neft ixracından gələn vergilərdən asılıdır. Neft ixracından gələn gəlirə qoyulan vergi Rusiyanın sosial stabilliyini təmin edir. Ona görə də, Rusiyaya qarşı mübarizə iki istiqamətdə həyata keçirilir. ABŞ və Avropa Birliyinin sanksiya siyasəti Rusiyanın bank və enerji sektoruna təsir göstərir. Təkcə Qərb banklarından götürülmüş kreditləri əvəz etməkdən və enerji şirkətlərini dəstəkləməkdən ötrü Rusiya qara günlər üçün lazım olacaq valyuta ehtiyyatının yarısını xərcləmək məcburiyyətində qalacaq. Əgər indi neft qiymətlərinə təsir olunarsa (ABŞ və Səudiyyə Ərəbistanının belə resursları var) və bir barel neftin qiyməti uzun müddət ərzində 100 dollardan aşağı həddə qalarsa, onda sosial stabilliyi müdafiə etmək üçün Rusiya yığdığı eytiyyatı xərcləməlidir. Lakin bu ehtiyyat uzun müddət üçün bəs edəcəkmi? Hesablamalara görə Rusiya ordunun modernləşməsinə, Krımla inteqrasiyaya və idxal məhsullarının nə ilə əvəzlənməsi proqramı üçün tələb edilən maliyyə resurslarının çatışmaması problemi ilə qarşılaşacaq. Ən başlıca narahatverici məsələ isə gələcəkdə sosial müdafiə sisteminin sabit saxlanması üçün lazımı resursun tapılmayacağının ortaya çıxmasıdır. Ölkədə narazıların sayının artması nəticəsində isə Rusiya əleyhdarları olan qüvvələr Honkonq və digər yerlərdə sınaqdan çıxarılmış vətəndaş itaətsizliyi kimi vasitələri işə salacaqlar.

 

Tarix təkrar olunurmu? Hal-hazırkı vəziyyətdə dünyada 1986-cı ildən fərqli olaraq əvvəllər təsəvvür edilməyən yeni qlobal güclər yaranıb. Çinin valyuta ehtiyyatı ABŞ və Beynəlxalq Valyuta Fondunun imkanlarından bir neçə dəfə artıqdır. Rusiyanın məhv edilmə siyasəti təkcə xaosla deyil, onun Çin ilə sıx iqtisadi inteqrasiyası ilə də bitə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam