Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Səfir:"Azərbaycan Tacikistanın TALCO zavoduna xammal tədarükünü bərpa etmək istəyir"

 

"Regionda yaşanan müsbət addımlar, qonşu ölkələr arasında siyasi əlaqələrdə yaşanan istiləşmə Azərbaycan və Tacikistan arasında tranzit tariflərinin azalmasına səbəb olacaq və bu, iqtisadi əlaqələrimizin daha da inkişafı üçün ümid verəcək"

Yenixeber.org:  Bunu "Avesta" agentliyinə müsahibəsində Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan və Tacikistan arasında birbaşa aviareysin olmaması iqtisadi əlaqələrin inkişafında çətinliklər yaradır.
"Bununla belə, iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyanın rolunu qeyd etmək lazımdır. Onlar bu və ya digər problemləri həll etmək üçün çalışırlar. Azərbaycanda iqtisadi inkişaf təcrübəsi, o cümlədən xalçaçılıq Tacikistan tərəfində böyük maraq doğurur. Bundan əlavə, Azərbaycan markası olan ASAN xidmət də Tacikistan tərəfinin marağına səbəb olub.
Səfir həmçinin alüminium sahəsində əməkdaşlığı ikitərəfli əlaqələrin əsas göstəricisi kimi qeyd edib: "TALCO zavodunu vaxtilə alüminium-oksid, koks və digər neft-kimya məhsullarını Azərbaycan təchiz edirdi. Təchizatı yenidən başlamaq istəyirik. Bu sahədə əməkdaşlığımız davam edir. Hazırda bu əməkdaşlığı genişləndirmək və möhkəmləndirmək üçün işlər davam edir".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam