Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Dünya Bankı:Azərbaycanlıların 11%-i düşünür ki, uğur qazanmaq üçün siyasi əlaqə olmalıdır

 

 Cənubi Qafqaz regionunda yaşayan əhalinin əksər hissəsi düşünür ki, həyatda uğur qazanmaq və irəliləmək üçün fərdlərin ciddi işləri və siyasi əlaqələri əsas rol oynayır
 
Yenixeber.org:  Bu barədə Dünya Bankının açıqladığı “Inequality of Opportunity in South Caucasus” ("Cənubi Qafqazda İmkanların Bərabərsizliyi) araşdırmasında bildirilir.
Araşdırmaya görə, regionda azərbaycanlılar siyasi əlaqələrin uğur qazanmağa təsirinin olmasına ən az inanan toplumdur: “Azərbaycanlıların 11%-i, ermənilərin 22%-i, gürcülərin isə 14%-i inanır ki, siyasi əlaqələr irəliyə getmək üçün ən əhəmiyyətli məsələlərdən biridir. Azərbaycanlıların 75%-i, ermənilərin 64%-i, gürcülərin isə 78%-i uğur qazanmağın əsas açarını çox çalışmaqda, səy göstərməkdə, bilikli və bacarıqlı olmaqda görürlər”.
Dünyanın 34 ölkəsində aparılmış sorğunun nəticəsinə görə, Ermənistanda 83% insan yaxşı dövlət işi tapmaq üçün əlaqələrin olmasının vacib olduğunu düşünür: “Azərbaycan və Gürcüstandakı rəqəmlər isə bundan azdır və təxminən digər ölkələrlə eynidir. Azərbaycanlıların verdikləri cavablar əsasən “bilmirəm” və “orta dərəcəli əhəmiyyətlidir” olub”.
Dünya Bankının araşdırması nəticəsində o da məlum olub ki, Cənubi Qafqazda olan işçi qüvvəsinin böyük hissəsi həftədə 20 saat və daha çox işləyir: “Azərbaycanda işçilərin cəmi 26%-i həftədə 20 saatdan az işləyir. Bu rəqəm Ermənistanda 42%, Gürcüstan isə 41%-dir. Cənubi Qafqazda həftədə 20 saatdan az olan aşağı əməkhaqqı formal xarakter daşıyır. Ermənistan və Gürcüstanda bu rəqəm 22%, Azərbaycanda isə 11%-dir. Şərqi Avropa və Mərkəzi Asiyaya nisbətən bu rəqəmlər çox aşağıdır. Belə ki, qeyd edilən regionlarda bu göstərici 45%-ə bərabərdir. Azərbaycanda vəzifə təhlükəsizliyi və daimi müqavilə ilə həftədə 20 saat və daha çox çalışanların sayı 20%-ə bərabərdir. Ermənistanda bu rəqəm 27%, Gürcüstanda isə 13%-dir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam