Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Bitkoin bir günə 13% bahalaşıb

 

 

Dünyanın aparıcı kriptovalyutası sayılan bitkoin bahalaşmağa başlayıb

 

Yenixeber.org: Rusiya mətbuatına istinadən xəbər verir ki, təkcə ötən gün onun qiyməti 13% artıb. 

Hazırda bitkoin 8 050 ABŞ dollarına alınıb-satılır. Bitkoinin kapitallaşması isə 20 mlrd. dollar artaraq 137 mlrd. dollara çatıb. 

“CoinDesk” nəşri yazır ki, bitkoinin qiyməti yaxın vaxtlarda 8 500 dollara çata və onu keçə bilər. Bununla yanaşı, onun yenidən 7 600 dollara qədər ucuzlaşması da mümkündür. 

"Kriptovalyuta bazarında sabitlikdən danışmaq mümkün deyil. Bazar yenə də qeyri-sabit olaraq qalır. Bitkoinlə ticarətin həcminin son günlər 2 dəfə artması (5,5 mlrd. dollardan 9,9 mlrd. dollara çatması) onu deməyə əsas verir ki, qısamüddətli perspektivdə qiymət artımı davam edəcək. Əgər bitkoinin məzənnəsi həftəsonuna 7 min dolların üstündə möhkəmlənərsə, onun uzunmüddətli perspektivdə də bahalaşacağını demək olar", - deyə analitiklər bildiriblər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam