Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

yüksək texnologiyalar naziri Rumıniyanın baş nazirinin müavini ilə görüşüb

yüksək texnologiyalar naziri Rumıniyanın baş nazirinin müavini ilə görüşüb

 

Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Rumıniyanın baş nazirinin müavini xanım Ana Birçallı ilə görüşüb

 

Yenixeber.org: Görüşdə Avropa İttifaqı ölkələrinin qabaqcıl təcrübəsini nəzərə alaraq, ölkəmizdə yüksək texnologiyaların inkişafı, nəqliyyat əməliyyatlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, iki ölkə arasında avtomobil, dəniz nəqliyyatı və mülki aviasiya sahəsində əməkdaşlığın daha da aktivləşləşdirilməsi müzakirə olunub.

Bildirilib ki, hazırda Azərbaycan-Rumıniya arasında əlaqələr müxtəlif sahələrdə o cümlədən nəqliyyat və İKT sahələrində davamlı olaraq inkişaf edir.

R.Quluzadə qeyd edib ki, Rumıniya tərəfinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsinə, eləcə də ölkəmizin imzaladığı Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında “Tranzit ticarət və nəqliyyat üzrə əməkdaşlıq haqqında” Sazişə qoşulması bu sahədə əlaqələrin daha da genişlənməsinə mühüm töhfə verəcək.

A.Birçallı isə birgə əməkdaşlığın qarşılıqlı marağa əsaslanan əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcəyini qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam