Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“İŞİD neftin bir barrelini Türkiyəyə 25 dollardan satır”

 

   “İslam Dövləti” qruplaşması (əvvəlki adı “İraq və Şam İslam Dövləti” və ya İŞİD) İraq və Suriyada ələ keçirdiyi ərazilərdən hasil etdiyi neftdən hər gün 3 milyon dollar qazanır.
   "Xeberinfo.com": Məlumata görə, “Assoşieyted press” bu haqda Amerika kəşfiyyatının hesabatına istinadən məlumat yayıb.
    Hesabatda bildirilir ki, qanunsuz neft gəlirləri sayəsində İŞİD tarixin ən varlı terror təşkilatına çevrilib.
Hazırda “İslam Dövləti” qruplaşması Suriya və İraq ərazisində 11 neft yatağına nəzarət edir. Bu yataqlardan hasil olunan neft avtosisternlərlə İordaniya, Türkiyə və İraqın qara bazarlarında satılır.
    Xəbərdə bildirilir ki, “İslam Dövləti”nin satdığı neftin qiyməti bir barrel üçün 25 dollardan 60 dollara qədər dəyişir. Hansı ki, dünya bazarlarında neftin bir barrelinin qiyməti 100 dollara yaxındır.
    Amerika kəşfiyyatının qiymətləndirmələrinə görə, Birləşmiş Ştatlar aviasiyası asanlıqla “İslam Dövləti”inə milyonlarla dollar gəlir gətirən neft yataqlarını məhv edə bilər. Lakin Vaşinqton hələlik mülki insanların zərər çəkəcəyindən ehtiyat edərək hava zərbələri endirmir.
    Amerika kəşfiyyatı bildirir ki, “İslam Dövləti” həmçinin soyğunçuluqdan, oğurladıqları insanların əvəzinə aldığı puldan və qul alverindən də milyonlar qazanır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam