Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Çörəyin qiyməti bahalaşır?

 

   Ekspertlər bir söz, rəsmilər isə başqa söz deyir.

"Xeberinfo.com": Bu il Azərbaycanda və digər ölkələrdə hökm sürən quraqlıq kənd təsərrüfatı məhsullarının qiymətinin bahalaşmasına səbəb olub. Qiymət artımı meyvə və tərəvəz məhsulları ilə yanaşı unun da qiymətinə təsir edib. Bakıda topdansatış mərkəzlərində unun bahalaşması halları müşahidə olunur. Ölkədə un istehsalı və idxalı ilə məşğul olan aparıcı şirkətlər bildiriblər ki, əlli kiloluq kisənin qiyməti 30-60 qəpik artıb.

Bununla bağlı bəzi mütəxəssislər həyəcan təbili çalsa da, dövlət qurumları vəziyyətin nəzarətdə olduğunu bildirir. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin məlumatına görə, bu il taxılla bağlı ölkədə problem yaşanmayacaq.

“Aran rayonunda əkin sahələrinə dolunun düşməsi və Azərbaycanda hökm sürməsi taxıl sahələrinə müəyyən qədər ziyan vurdu. Əsas səbəblərdən biri isə bu ilin quraqlıq keçməsi olub. Bununla da Azərbaycanda taxıl istehsalı müəyyən qədər aşağı düşüb. Lakin heç bir bahalaşma olmayacaq. Çünki Azərbaycan lazım olan taxıl ehtiyatını idxal edilən məhsul hesabına ödəyəcək. Dünya bazarına nəzər saldıqda taxılın qiyməti ucuzlaşıb”, - deyə Murtuzəli Hacıyev bildirib.

Ekspertlər isə Kənd Təsərrüfatı Nazirliyinin mövqeyinin düzgün olmadığını bildirir. İqtisadi Tədqiqatlar Mərkəzinin əməkdaşı, kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov Anspress-ə açıqlamasında bildirib ki, bu il Azərbaycanda ötən illə müqayisədə bu il taxıl istehsalı 25 faiz azalıb. Onun sözlərinə görə, bu da təxminən 600-700 min ton deməkdir.

“Biz ehtiyacımızı öz məhsulumuz hesabına ödəyə bilməyəcəyik. Biz bu məhsulu xaricdən idxal etməliyik. Bundan başqa, Kənd Təsərrüfat Nazirliyinin dünya bazarında buğdanın qiymətinin artmaması reallığı özündə əks etdirmir. Dünya bazarında buğdanın qiymətinda sabitlik mövcud deyil. Qara dəniz ətrafında baş verən hadisələr nəticəsində həm Ukrayna, həm də Rusiya dünya bazarına məhsul çıxara bilmir”, - deyə Vahid Məhərrəmov bildirib.

Ekspert deyir ki, məlum hadisələrdə buğda keyfiyyəti də ötən illərə nisbətən aşağı düşüb. Bu proses həm də Fransada baş verir. Bu hadisələr də dünya bazarında ərzaq buğdasının qiymətinə təsir edib.

“Son zamanlar dünya birjasında ərzaq buğdasının təxminən 5 faizə qədər artıb. Əgər Kənd Təsərrüfatı Nazirliyi bu məsələdə problem görmürsə, bu demək deyil ki, hər şey qaydasındadır. Əgər ötən il yarım milyard dollar qiymətində taxıl və taxıl məhsulları idxal etmişiksə, bu il daha çox maliyyə vəsaiti xərcləyəcəyik”, - deyə V.Məhərrəmov bildirib.

Ekspert deyir ki, həmin maliyyə vəsaiti fermerlərimiz üçün xərclənə bilərdi. Onun sözlərinə görə, bu maliyyə vəsaiti əcnəbi fermerlərin cibinə gedəcək: “Məqsəd yalnız o deyil ki, əhalimizin ərzağa olan təlabatı ödənilsin. Kənd Təsərrüfatı Nazirliyinin məqsədi o olmalıdır ki, ölkənin ərzaq məhsullarına olan istehsalı daxili istehsalı hesabına tam ödənilsin. Nazirlik vaxtında bu sahəyə diqqət yetirməliydi. Bu sahəyə ayrılan vəsaiti səmərəli şəkildə xərcləməliydi”.

Ekspertin sözlərinə görə, deyilənlərə nəzərə alaraq, ehtimal olunur ki, ölkədə un və çörəyin qiymətində artım olsun.

İqtisadiyyat və Sənaye Nazirliyindən isə bildiriblər ki, hazırda taxıl bazarında qiymət artımı müşahidə olunmayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin  verdiyi məlumata görə, Bakıda un satışında da heç bir qiymət artımı qeydə alınmayıb.

“Mütəmadi olaraq İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehsalat bazarına dövlət nəzarəti həyata keçirilir. Bu həm məhsulların keyfiyyətli, həm də süni qiymət artımının qarşısının alınmasını əhatə edir”, -deyə Abbas Əliyev vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam