Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Azərbaycanda bal istehsalı 11% artıb

 

 

Operativ statistik məlumatlara əsasən, Azərbaycanda arı ailələrinin ümumi sayı təqribən 300 minə çatıb. Ötən il hər arı ailəsindən 10 kq məhsul götürülüb, yəni . Bu da o deməkdir ki, ötən il ölkədə 3 min tona yaxın bal istehsal olunub

 

Yenixeber.org: Bu barədə Kənd Təsərrüfatı Nazirliyi heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev Bakıda keçirilən IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransında məlumat verib. Onun sözlərinə görə, yerli arıçılarda arıdan baldan başqa digər arıçılıq məhsullarının da istehsalını nəzərdə tutan yeni təcrübə yaranıb. 

Qeyd edək ki, 2016-cı ildə Azərbaycanda 2,7 min ton bal istehsal olunub və artıq 3 ildir ölkə bal ixracı ilə məşğuldur. 

“Azərbaycan balına keyfiyyətinə və tərkibinə görə böyük maraq var. 2016-cı ildə bal ixracı 6 ton olub. 2017-ci ildə isə bundan daha çox ixrac olunub. Ancaq proses yekunlaşmayıb deyə, dəqiq rəqəm demək mümkün deyil. Arıçılarla müqavilələr bağlanılıb, əməkdaşlıq qurulub, ixrac davam edir”, - deyə şöbə müdiri qeyd edib. 

Nazirlik rəsmisi bildirib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə bir layihənin icrası artıq yekunlaşıb, növbəti layihənin həyata keçirlməsinə hazırlıq gedir: “Yaxın vaxtlarda layihənin icrasına başlayacağıq, layihə bütün ölkəni əhatə edəcək. Layihədə xüsusən damazlıq işi ön yerdədir. Həmçinin, də məhsulun ilkin emalı, qablaşdırılması, arıçıların peşə hazırlığının artırılması kimi məsələlər layihənin prioritetlərinə aiddir”.

Q.Əbdüləliyev hər arı ailəsi üçün subsidiya verilməsinə prosesinə identifikasiya başa çatandan sonra başlanılacağını qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam