Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İlin ilk ayı iqtisadi baxımdan necə yadda qaldı...

 

 

Fikrət Yusifov: “Yanvarda ölkənin demək olar ki, bütün bölgələrində tikinti sektorunda böyük bir canlanma müşahidə olundu”

 

Yenixeber.org: 2018-ci ilin ilk ayı geridə qaldı. Bu ay iqtisadi baxımdan da bir çox yeniliklərlə yadda qaldı. Belə ki, 2017-ci ilin son aylarında bir çox qərarlar verildi, sərəncamlar imzalandı ki, əksəriyyəti  bu ilin yanvar ayında qüvvəyə mindi. Bununla da xaricdən idxal olunan mal və məhsulların bəzilərində bahalaşma qeydə alındı. Həmçinin müxtəlif sahələrdə istehsala dəstək məqsədilə bir çox xammal məhsullarının gömrük rüsumları endirildi.

Yanvar ayı həmçinin neftin bahalaşması və Azərbaycan neftinin 70 dollardan baha satılması ilə yadda qaldı. Müsbət məqamlardan biri də budur ki, neftin bahalaşması hökuməti qeyri-neft sektorunun inkişafına investisiya qoymaqdan yayındırmadı, əksinə, dövlət başçısı son çıxışında da kənd təsərrüfatı və sənayenin müxtəlif sahələrinin inkişaf etdirilməsi ilə bağlı iradəsini ortaya qoydu.

2018-ci ilin ilk ayının iqtisadi mənzərəsini dəyərləndirən sabiq maliyyə naziri Fikrət Yusifov da bildirdi ki, ən çox inkişaf edən sahə tikinti sektoru oldu: “Yola saldığımız 2017-ci ildə 2016-cı ildə yaranmış iqtisadi geriləmələrin nəticələri demək olar ki, tamamilə aradan qaldırıldı. Ümumi iqtisadi artım cüzi olsa da bu faktın özü psixoloji baxımdan çox əhəmiyyətlidir. İqtisadiyyatın real sektorunda əldə edilmiş artımlar isə kifayət qədər cəlbedicidir. Ötən ildə qeyri-neft sektorunun demək olar ki, bütün istiqamətləri üzrə əldə olunan nəticələri uğurlu saymaq olar. Bu sektordan ixracın həcmində 2016-cı illə müqayisədə baş vermiş 24%-ə qədər artım isə hökumətin real sektorun inkişafı istiqamətində son iki ildə atdığı addımların məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.  2018-ci ildə ölkə iqtisadiyyatında daha böyük canlanmanın baş verməsi üçün ötən il əldə edilmiş pozitiv nəticələrin əhəmiyyəti böyükdür. Cari ilin birinci ayı yekunlaşdı. Bir ay ərzindəki müşahidələrimiz nə göstərir? Ölkə iqtisadiyyatında bu ilin sonuna qədər proqnozlaşdırılan nəticələrin əldə edilməsi mümkün olacaqmı? Bu suallar indi tək iqtisadçıları deyil, hər bir vətəndaşı düşündürür. Çünki iqtisadiyyatda baş verən proseslər bütün vətəndaşların həyatına bu və ya digər bir şəkildə təsir edə bilər. Ölkənin maliyyə vəziyyəti, milli valyutanın məzənnəsi, qiymətlər bilavasitə iqtisadiyyatda mövcud olan durumdan asılıdır. Cari ilin yanvar ayı ərzində ölkənin demək olar ki, bütün bölgələrində, ilk növbədə isə Bakı, Sumqayıt, Gəncə kimi iri şəhərlərdə tikinti sektorunda böyük bir canlanma müşahidə olunmaqdadır. Tikinti sektoru bir növ iqtisadiyyatın indikatoru rolu oynayır. Əgər bu sektorda canlanma varsa, demək, iqtisadiyyatın digər sahələrində də inkişaf baş verəcəkdir. Cari ildə tikinti sektorunda baş verən bu canlanma üçün əsas yaradan səbəblərdən biri yola saldığımız illə müqayisədə 2018-ci ilin dövlət büdcəsində əsaslı vəsait qoyuluşu xərclərinin 83% artırılaraq 5 milyard manata çatdırılmasıdır”.

F.Yusifov iqtisadi göstəricilərin yüksəlməsində neftin bahalaşması amilinin də rol oynadığını vurğuladı: “İqtisadi aktivliyin artmasını şərtləndirən digər amillər içərisində neftin qiymətlərinin bir barel üçün 70 dollara qədər yüksəlməsini və bu hesaba ölkənin valyuta ehtiyatlarının getdikcə artmasını, milli valyutanın məzənnəsinin bir ildən artıq bir dönəmdə sabit qalmasını da xüsusi qeyd etmək lazımdır. Hesab edirəm ki, neftin qiymətlərinin artımı hesabına əldə olunan dividentlərin bir hissəsini əlavə olaraq ölkə iqtisadiyyatının onurğa sütununu təşkil edən kiçik və orta biznesin inkişafına yönəltməklə biz daha böyük iqtisadi canlanmaya nail ola bilərik. Bu vəsaitlərin dediyimiz istiqamətdə yönəldilməsinin ən yaxşı yolu isə Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə onlara güzəştli kreditlərin verilməsindən keçir. Bu addım bank sisteminin yaşadığı indiki çətinliklər şəraitində həm də onların sağlamlaşdırılmasına dəstək olardı”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam