Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Dünyanın 10 iqtisadi nəhəngi:ABŞ liderliyi itirir

Dünyanın 10 iqtisadi nəhəngi:

 

Çin ümumdaxili məhsulun həcminə görə 2032-ci ildə ABŞ-ı üstələyəcək

 

Yenixeber.org: Bu barədə informasiya Britaniyanın İqtisadiyyat və Biznes Problemləri Tədqiqatları Mərkəzinin (CEBR) hesabatında yer alıb. Mərkəz 2032-ci ildə iqtisadiyyatın böyüklüyünə görə ilk dördlüyü Hindistan və Yaponiyanın tamamlayacağını bildirib. İlk onluğa isə Almaniya, Braziliya, Britaniya, Cənubi Koreya, Fransa və İndoneziyanın düşəcəyi vurğulanıb.

Hesabatda ən maraqlı artımın Hindistanla bağlı yaşanacağı bildirilib. Belə ki, Hindistan 2018-ci ildə iqtisadiyyatın həcminə görə Britaniya və Fransanı qabaqlayacaq. 2027-ci ilə qədər isə bu ölkə Almaniyanı da qabaqlayıb, ilk üçlüyə düşəcək.

CEBR-in hesabatına əsasən, gələn il iqtisadiyyatın həcminə görə ilk onluqda ABŞ, Çin, Yaponiya, Almaniya, Hindistan, Fransa, Britaniya, Braziliya, İtaliya və Kanada yer alacaq. 2027-ci ildə isə bu siyahıdan İtaliya çıxacaq və yerinə Cənubi Koreya daxil olacaq.

Rusiyaya gəlincə, neft qiymətlərinin ucuz olması səbəbindən böyük itkilərə məruz qalacaq. 2032-ci ildə bu ölkə 11-ci yerdən 17-ci yerə qədər geriləyəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam