Redaktor seçimi
“Canavar imkanı”-
“Qatil klinika” adı qazanan “Modern Hospital”:
NEFTİN QİYMƏTİNƏ YALNIZ 3 NƏFƏR NƏZARƏT EDİR! –
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
     1109 SAYLI MƏHKUM-
Qorxmaz Hüseynova və qardaşına
Günün xəbəri

İşsizlikdən Sığorta Fondunun büdcəsi təsdiqləndi

İşsizlikdən Sığorta Fondunun büdcəsi təsdiqləndi

 

Bu gün parlament "İşsizlikdən Sığorta Fondunun 2018-ci il büdcəsi haqqında" qanun layihəsini təsdiq edib

 

Yenixeber.org: İşsizlikdən Sığorta Fondunun 2018-ci il büdcəsinin gəlirləri və xərclərinin hər biri 89,04 mln. manat məbləğində olacaq.

Gələn il Fondun gəlirləri büdcədən maliyyələşən təşkilatlar üzrə 17 726 212 manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 17 726 212 manat, digər sığortaedənlər 53 567 576 manat və sair gəlirlərdən 20 min manatlıq daxilolmalar hesabına təmin ediləcək.

"İşsizlikdən Sığorta Fondunun 2018-ci il büdcəsi haqqında" qanun layihəsində Fondun xərclərinin istiqamətlərinə əsasən, 2018-ci ildə fond tərəfindən işsizliyə görə sığorta ödənişləri 33,478 mln. manat, peşə hazırlığı və əlavə təhsilin təşkilinə 1,613 mln. manat, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə 1,15 mln. manat, əmək yarmarkaları və əmək birjalarının təşkilinə 120 min manat, haqqı ödənilən ictimai işlərin təşkilinə 1,788 mln. manat, özünüməşğulluq tədbirlərinin təşkilinə 35,802 mln. manat, sığortaolunanların əməkhaqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsinə 1,38 mln. manat, məşğulluq xidməti orqanının aparatının və onun yerli orqanlarının saxlanılması xərclərinə 13,709 mln. manatın yönəldilməsi nəzərdə tutulur.

Müvafiq icra hakimiyyəti orqanı sığorta haqları üzrə hər ay üçün toplanmış vəsaitləri növbəti ayın 1-dək İşsizlikdən Sığorta Fonduna köçürəcək. İlin sonuna İşsizlikdən Sığorta Fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək.
Qeyd edək ki, "İşsizlikdən sığorta haqqında” qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     

Ən çox oxunanlar