Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Gömrükdə idxal olunan məhsulların qiymətini süni şəkildə endirirlər

 

 

     "Xeberinfo.com": İqtisad elmləri doktoru Qubad İbadoğlu yenidən gömrükdəki korrupsiya probleminə toxunub. Bu amil təkcə dövlət büdcəsinə mədaxildə əksini tapmır, ölkə vətəndaşlarının cibinə də ziyandır. Ekspertin hesablamasına görə, Dövlət Statistika Komitəsinin (DSK) hazırladığı Azərbaycanın xarici ticarəti - 2013” məcmuəsinə əsasən, ötən il 1 kiloqram idxal edilən kartof 4-15 sentə (3-12 qəpik) sənədləşib. Amma istehlakçılar 1 kiloqram kartofu 1 manatdan ucuz almayıb.

    DSK-nın hesabatına əsasən, 2013-cü ildə İrandan Azərbaycana 32 625,9 min ton kartof gətirilib. Məhsul gömrükdə 4 milyon 585 min dollar və ya 1 kiloqramı 0,14 dollara, 15,8 min ton Rusiya kartofunun 1 kiloqramı isə 0,04 dollara bəyan edilib.

    Qeyd edək ki, gömrükdə sui-istifadə kartofla bitmir. Məsələn, ötən il 18 min ton düyünün kiloqramı gömrükdə 36,8 sentə bəyan edilib. Pərakəndə satışda 1 kiloqram düyü 1-3 manatdır. Düyü daha çox Hindistandan idxal edilir - 8 173,9 ton. Gömrük 1 kiloqram düyünü 35,1 sentdən sənədləşdirib. Pakistan düyüsü (ötən il 743 ton) gömrükdə kiloqramı 0,62 dollara sənədləşib. Pərakəndə satışda Pakistan düyüsü 4 dəfə bahadır.

   İqtisadçı ekspert Vahid Məhərrəmov deyir ki, bu yalnız aysberqin görünən bir hissəsidi: “Azərbaycana Gürcüstandan 109 min 435 baş diri iribuynuzlu idxal olunub. Bu iribuynuzlu heyvanın hər biri orta hesabla 29 dollar 91 sentə idxal olunub. 100-120 kiloqram ət verən iribuynuzlu heyvanı 3 kiloqram ətin dəyərində idxal ediblər. Bu çox ciddi məsələdi. Bundan başqa Yeni Zellandiyadan idxal olunan kərə yağı 2 dollar 62 sentə qiymətləndirilib. Rusiyadan və Vyetnamdan idxal olunan balığın kilosu 50 sentə - 40 qəpiyə sənədləşdirilib. Hindistandan gələn düyü 35 sentə, təxminən 28 qəpiyə, Danimarkadan gətirilən pendir isə 69 sentə - 55-56 qəpiyə idxal olunduğu qeyd edilib”.

   Vahid Məhərrəmov deyir ki, bir sıra ölkələrdən idxal olunan malın, məhsulun dəyəri süni olaraq endirilib: “Nə kortofla, nə balıqla, nə də sadaladığım başqa məhsulları heç də həmin ölkələrdə topdansatış qiymət o qədərdi. Süni olaraq qiyməti endiriblər. Məqsəd həmin idxaldan məşğul olan sahibkarlardan ola bilsin ki, hörmət olaraq həyata keçiriblər. Digər tərəfdən, Azərbaycana heç biri malı, məhsulu müstəqil şəkildə başqa ölkələrdən idxal etmək mümkün deyil. Əgər xaricə gedib-gəlirsinizsə özünüzlə kiçik həcmdə məhsul gətirə bilərsiz. Bu satış məqsədilə ola bilməz. Satış məqsədilə gətirilən bütün məhsulları  müəyyən adamların, yəni inhisarında olduğu şəxslərlə razılaşdıqdan sonra bu işləri həyata keçirmək mümkündü. Məhsulların qiymətini bu dərəcədə endirməklə o dediyim inhisarçıların görünür “bığının” altından keçiblər”.

   İqtisadçı ekpsert sözlərinə görə, məhsulların dəyərini aşağı endirməklə daha çox vəsait ödəyiblər: “Dövlətə deyil, təəssüflər olsun ki, bu sahədə gömrükdə fəaliyyət göstərən xüsusi adamların cibinə gedib. Əlbəttə, orada xüsuisi adamlar vəsaiti yalnız özləri üçün tələb etmirlər. Mərkəzləşmiş qayda da lazım olan “katyol”a gedir və oradan hər bir məmur üçün faiz etibarı ilə bölgülər olunur. Bir sözlə, qiymətləri süni sürətdə aşağı endirməklə dövlətə, büdcəyə çatacaq pulum mənimsəyirlər”.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam