Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Gələn il bu məhsulların idxalına aksiz yığımının həcmi üç dəfə artacaq

Gələn il bu məhsulların idxalına aksiz yığımının həcmi üç dəfə artacaq

 

2018-ci ildə tütün məmulatlarının və bir çox alkoqollu içkilərin idxalına aksiz yığımının həcmi təxminən üç dəfə artacaq. Artım idxal edilən malların fiziki həcminin artırılması hesabına olmayacaq

 

Yenixeber.org: Bu barədə dövlət büdcəsi layihəsində bildirilir.

"Gələn il etil spirti üzrə aksizlər 2017-ci ilə nisbətən 9 dəfə artaraq 10,1 mln. manata çatacaq", -  deyə hökumət proqnozlaşdırır. Pivə idxalından aksizlər büdcəyə 12,7 mln. manat - bu ilkindən 3,2 dəfə çox vəsait gətirəcək. Başqa spirtli içkilər üzrə aksiz mədaxili 90 mln. manat - 2017-ci ildəkindən 50,7 mln. manat və ya 2,3 dəfə çox olacaq. Ehtimal ki, hökumət idxal aksiz dərəcələrini ciddi şəkildə artırmağa hazırlaşır.

Neft məhsulları, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları və avtomobillərin aksizlərindən mədaxildə ciddi dəyişiklik olmayacaq. 2018-ci ildə idxal aksizlərinin həcmi 172 mln. manat proqnozlaşdırılır. Bu, 2017-ci ildəkindən 82 mln. manat və ya 1,9 dəfə çoxdur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam