Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

SOCAR qazın maya dəyərinin artmasının səbəblərini açıqlayıb

 

2016-cı ildə SOCAR üzrə qazın hasilatına çəkilən xərclərlə yanaşı, Hasilatın Pay Bölgüsü Sazişinin şərtlərinə görə Əməliyyat Şirkətindən alınan qazın dəyəri, qazın emalı, saxlanması və nəqlinə çəkilən xərclər nəzərə alınmaqla 2016-cı ildə SOCAR üzrə satılan 1000 kubmetr qazın faktiki xərci 128,77 manat təşkil edib.

 


Yenixeber.org: Bu barədə SOCAR-ın 2016-cı il üzrə illik hesabatında deyilir.


Sənəddə vurğulanıb ki, qazın maya dəyərinin artması keçən ilə nisbətən əməkhaqqının, sosial sığorta xərclərinin, əsaslı təmir və texniki xidmət üzrə xərclərin, nəqliyyat xərclərinin, mühafizə xərcləri, digər vergilər, digər xidmətlər və digər xərclərin artması hesabına baş verib. Belə ki, əməkhaqqı xərcləri 1757 min manat (7,4%), sosial sığorta xərcləri 352 min manat (7,4%), əsaslı təmir və texniki xidmət üzrə xərclər 6733 min manat (153,5%), nəqliyyat xərcləri 3054 min manat (7,4%), mühafizə xərcləri 306 min manat (7,4%), digər vergilər 730 min manat (7,4%), digər xidmətlər üzrə xərclər 6075 min manat (120,0%) və digər xərclər 4118 min manat (77,5%) artıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam