Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“Dövlət Neft Şirkəti ilin sonuna qədər işçilərin 40 faizini ixtisara salacaq”

 

 

   "Xeberinfo.com": Dövlət Neft Şirkətində kütləvi ixtisarların növbəti mərhələsinə start verilib. Bir müddət öncə ştat vahidlərinin azaldılması istiqamətində kütləvi ixtisarlar başlasa da, sonradan buna ara verildi, hətta vaxtilə ARDNŞ-in İnsan Resursları Departamentində müsabiqədən keçən, bundan əlavə isə müsahibə mərhələsini adlayan şəxslər təkrar imtahanlara cəlb edildilər. İşdə qalmaq üçün rəqabət yaradılan bu imtahanlar həm peşəkar kadrların seçimində, həm də ixtisarların hüquqi müstəviyə qalxmasında önəmli rol oynayırdı.

İmtahanlardan keçə bilməyənlərin ixtisarı aparılsa da, qərar yenidən dəyişib. Bildirilir ki, artıq ARDNŞ-in Təhlükəsizlik İdarəsi və Nəqliyyat Departamentinin bir-iki həftə öncə imtahan verərək yaxşı nəticə göstərmiş şəxslərilə bərabər, digər rəhbər və adi işçilərinə bildirişlər paylanılıb. Bildirişdə isə 2 ay müddətinə özlərinə iş tapmaqları xahiş olunur və bağlanmış müqavilələrinin ləğv ediləcəyi xəbər verilir.

Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı məlumatın köhnə olduğunu dedi. Ancaq onu da qeyd etdi ki, ixtisarlar davam edir, ilin sonuna qədər proses gedəcək: “İxtisarlar “AzəriQaz”da da gedir və işçilərə bildirişlər paylanır. İstismar sahələri ləğv olunur və onların hamısını birləşdirib Bakı Şəhər Qaz İstismar İdarəsi yaradırlar. Çoxlu sayda mühəndis, texniki işçilər, rəislər ixtisara düçşür. Təbii ki, rəislər və baş mühəndislər işsiz qalmayacaq. İşsizlər ordusuna adamı olmayan mühəndislər olacaq. “AzNeft” istehsalat Birliyinin Neft və qazçıxarma idarələrində 10-a qədər idarələr var ki, oradakı sexlər ləğv olunub sahələr yaradılır. Burda da əmək haqları azaldılır, ixtisarlar aparılır. Fikrimcə ilin sonuna qədər Dövlət Neft Şirkətinin 40 faizə qədəri ixtisara düşəcək. 30-35 min civarında işçi qalacaq. Bu olmalıdır da, çünki hasilat aşağı düşüb. Dövlət Neft Şirkəti hər şeylə məşğul olduğundan hasilatı qaldıra bilmir”.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam