Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 488 mln. dollara çatır

 

2017-ci ilin yanvar-avqust aylarında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 487 mln. 808,7 min dollar təşkil edib.


Yenixeber.org: Qonşu ölkənin xarici ticarət dövriyyəsinin 7,4%-i Azərbaycanın payına düşür.


Hesabat dövründə Azərbaycan Gürcüstandan 132 mln. 977 min dollar dəyərində məhsul idxal edib. Azərbaycanın qonşu ölkəyə ixracı isə 354 mln. 831,4 min dollar dəyərində olub.

Cari ilin ilk səkkiz ayı ərzində Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 6 mlrd. 618,2 mln. dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 12,2% çoxdur.

Qonşu ölkənin ixracı 28,5% artaraq 1 mlrd. 682,8 mln. dollar, idxal isə 7,5% artaraq  4 mlrd. 935,5 mln. dollar təşkil edib.
 

Gürcüstanın ixrac etdiyi məhsulların ilk üçlüyünə mis filizi və konsentratlar (ümumi ixracın 16,4%-i), ferroərintilər (12,5%) və minik avtomobilləri (7,3%) daxildir. Qonşu ölkənin ən çox idxal etdiyi məhsullar isə neft və neft yağları (ümumi idxalın 8,4%-i), minik avtomobilləri (6%) və mis filizi və konsentratlarıdır (4,7%).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam