Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Naxçıvan Avtomobil Zavodunun maşınları satılmır:İstehsal kəskin azalıb

Naxçıvan Avtomobil Zavodunun maşınları satılmır:

 

2017-ci ilin yanvar-iyul aylarında Azərbaycanda cəmi 30 ədəd minik avtomobili istehsal edilib. 

Yenixeber.org Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən minik avtomobillərinin istehsalı 72% azalıb.

2017-ci ilin birinci yarısında cəmi 21 ədəd avtomobil istehsal edilmişdi. Beləliklə, İyulda cəmi 9 ədəd minik avtomobili istehsal olunub.

01.08.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 133 ədəd təşkil edib. 01.07.2017-ci il vəziyyətinə 126 ədəd hazır məhsul ehtiyatı mövcud idi.

Azərbaycanda minik avtomobillərinin yeganə istehsalçısı “Naxçıvan Avtomobil Zavodu”dur.

2017-ci ilin yanvar-mart aylarında Azərbaycanda minik avtomobilləri istehsal olunmamışdı. Naxçıvan Avtomobil Zavodu istehsal prosesindəki fasiləni “yenidənqurma işləri” ilə əlaqələndirmişdi.

Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu “NAZ-Lifan” markalı minik avtomobilləri istehsal edir. Avtomobillərin ehtiyat hissələri Çindən idxal olunur. Müəssisənin ən iri müştərilərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi idi. Avtomobillər dövlət büdcəsi vəsaitləri hesabına alınaraq əlillərə hədiyyə olunurdu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam